“BU DA “5-Cİ KOLON”un NÖVBƏTİ TƏXRİBATIDIR...” - Polkovnikdən Xalq yazıçısına sərt cavab

Mehman Səlimov: "Birinci Qarabağ müharibəsi və onun iştirakçılarının üzərindən xətt çəkmək yolverilməzdir...Hansı qüvvələrsə məqsədli şəkildə bu savaşın iştirakçılarını gözdən salmağa çalışır”

Çingiz Abdullayev: “Öz qardaşım həmin vaxt Şuşada şəhid olub. Ancaq onlar silahsız mübarizə aparırdılar... Onu necə müharibə adlandırmaq olar?”

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Sumqayıt şəhərində keçirilən Kitab Yarmarkasında oxucular qarşısında səsləndirdiyi "Birinci Qarabağ müharibəsi olmayıb!.." fikri ona qarşı sərt təpkilərə yol açıb. Sosial şəbəkələrdə onun ünvanına saysız-hesabsız tənqidlər, hətta təhqirlər yer alıb.

Yazıçı "oxu.az" saytına müsahibəsində qalmaqallı fikirlərinə aydınlıq gətirib: "Bir il əvvəl mən ermənilərlə söhbət edəndə onlar gülürdü ki, siz alverçisiniz, siz vuruşan xalq deyilsiniz. Mən ona görə deyirəm ki, bu iki müharibəni eyniləşdirməyin. 20-30 ildən sonra ermənilər öz nəvələrinə deyəcək ki, iki müharibə olub, birini biz udmuşuq, digərini uduzmuşuq. Axı, bu belə olmayıb. Birinci müharibə vaxtı bizim nə hakimiyyətimiz, nə ordumuz, nə pulumuz, nə silahımız olub. Yalandan deyirlər ki, mən hörmətsizlik etmişəm. Öz qardaşım həmin vaxt Şuşada şəhid olub. Ancaq onlar silahsız mübarizə aparırdılar. Özbaşınalıq vardı. Yalnız Ağdamda 6 000 insan şəhid olub. Ona görə də hər ikisini müharibə adlandırmaqla biz bir-birimizi təhqir edirik. Birinci olan faciə idi, neçə min insan şəhid olub, neçə milyon insan qaçqın düşüb. Orduya çağırılanlar dövlət televiziyasına çıxarılıb, oradan cəbhəyə aparılırdı. Belə ordu olar?!... Ermənilər isə pullu idilər. Diasporları hesabına silah-sursat alırdılar. Nəyə görə Xocalı faciəsi baş verəndə bizim ordumuz müdaxilə edə bilməyib? Onlar 366-cı motoatıcı alaya məxsus silahlarla təchiz olunub. Bizdə isə heç nə yox idi".

C. Abdullayev daha sonra Birinci Qarabağ müharibəsini faciə adlandırıb: "O vaxt Azərbaycanda hakimiyyət mübarizəsi gedirdi. Beş ildə yeddi dəfə hakimiyyət dəyişmişdi. Təbii ki, belə şəraitdə bizim yalnız könüllü batalyonlarımız olub. Ona görə də deyəndə ki, ikisi də müharibədir – bu, yalandır. Bunu deməklə xalqı təhqir edirik. Belə çıxır ki, biz müharibə etmişik, amma torpaqlarımızı müdafiə edə bilməmişik. İndi məni söyməklə nə olur ki? Biz “iki müharibə olub” deyəndə qonşularımız bundan məharətlə istifadə edəcək. Mən faciənin səhəri günü Anar və Bəxtiyar Vahabzadə ilə birgə Ağdama gəlmişəm. Xocalıda faciəni törədənlər sovet tankları idi. Bunu necə müharibə adlandırmaq olar?"

Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik, Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Mehman Səlimov isə Xalq yazıçısının sözügedən açıqlamasından məyus olduğunu deyir: “Çingiz Abdullayevin Birinci Qarabağ müharibəsini inkar etməsi haqda çıxışından çox mütəəssir və məyus oldum. Bu, yolverilməzdir. Hansı əsasla demək olar ki, birinci Qarabağ müharibəsi olmayıb?”.

Mehman Səlimov moderator.az saytına açıqlamasında qeyd edir ki, müharibə iki dövlət arasında olan hərbi əməliyyatlardır: "Düzdür, 1989-1990-cı illərdə Qarabağdakı ilkin əməliyyatlar Ermənistanın və Azərbaycanın o dövr üçün qanunsuz könüllü dəstələri arasında gedirdi. Həmin vaxt da, sonralar da sovet-rus əsgərləri əsasən ermənilərə silah və canlı qüvvə dəstəyi verirdi. Ancaq 1991-ci ilin payızından - Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra döyüş əməliyyatları artıq de-yure iki dövlət arasında aparılmağa başladı. Fəqət, təbii ki, Rusiya yenə də Ermənistana dəstək verdiyindən, yenicə müstəqil dövlətini qurmağa çalışan Azərbaycanın hərbi biliyi, döyüş təcrübəsi olmayan oğul-qızları əslində Rusiyaya, onun ordusuna qarşı döyüşürdülər”.

Polkovnik cəmiyyəti Birinci Qarabağ savaşı zamanı baş verən prosesləri real dəyərləndirməyə çağırıb: “Ümumiyyətlə, bu gün Birinci Qarabağ müharibəsi mövzusu aktualdır. Kimlərsə, hansı qüvvələrsə məqsədli şəkildə bu savaşın iştirakçılarını gözdən salmağa, onların Vətənimizin ərazi bütövlüyünün qorunmasında heç bir rolu olmadığını iddia etməyə çalışır. Hesab edirəm ki, bu da Rusiya kəşfiyyatının, “5-ci kolon”un növbəti təxribatıdır..."

M. Səlimovun sözlərinə görə, belə təxribatlara uyan 44 günlük savaşın bəzi iştirakçıları, yaxud adi vətəndaşlar bəzən onlara suallar verirlər: "Sual edirlər ki, "siz o vaxtkı müharibədə nə iş gördünüz ki? Torpaqları verdiniz, vəssəlam...". Bu, çox qeyri-real, qeyri-obyektiv və məntiqsiz yanaşmadır. Doğrudur, bütövlükdə 1988-1994-cü illərdə Qarabağ, torpaqlarımız uğrunda gedən müharibəni Azərbaycan uduzdu, ərazilərimizin 20 faizi işğal olundu... Ancaq Birinci Qarabağ müharibəsinə doğru, obyektiv qiymət vermək üçün`öncə həmin dövrdəki ictimai-siyasi və iqtisadi proseslərə diqqət etmək gərəkdir.

Əvvəla, nəzərə almaq lazımdır ki, o illər SSRİ-nin dağıldığı, bir ictimai formasiyadan digərinə keçid dövrü idi. 1991-ci ilin payızında Azərbaycan müstəqilliyini bəyan etdikdən sonra Ermənistan və onun Rusiya kimi havadarları tərəfindən güclü təzyiqlərə məruz qalırdı. Bununla yanaşı, Qarabağda artıq fəallaşmış hərbi əməliyyatlarla paralel ölkə daxilində də hakimiyyət uğrunda mübarizə gedirdi. Belə bir şəraitdə sovet ordusu Ermənistanda və keçmiş Dağlıq Qarabağda, Xankəndindəki bütün hərbi silah və texnikalarını salamat qoyub getdiyi halda Azərbaycanda onları sıradan çıxarmış, ən yaxşı halda yarımişlək vəziyyətdə təhvil verirdi. Yəni 1991-ci ilin sentyabrında yaradılmasına başlanan ordunun lazımi maddi-texniki təchizatı yox idi.

İkincisi, kifayət qədər zabit kadrlarımız mövcud deyildi. Ermənilər üçün isə Moskva sovet dövründən bəri xeyli kadr yetişdirmişdi. Ən başlıcası, orduda vahid komandanlıq və nizam-intizam yox idi. Bundan əlavə, xarici ölkə kəşfiyyatlarına, xüsusən Rusiya Baş Kəşfiyyat İdarəsinə xidmət edən casus şəbəkələri sayəsində həm Qarabağda apardığımız hərbi əməliyyatlarda, həm də ölkədə gedən siyasi və iqtisadi proseslərdə xəyanət və təxribatlara yol verilirdi”.

Sabiq nazir müavini daha sonra Birinci Qarabağ savaşında Azərbaycanın müstəqilliyinin qorunması üçün görülən real işlərdən bəhs edib: “Əgər 1990-cı illərin əvvəlində ordumuzun bugünkü kimi Ali Baş Komandanı, general, zabit kadrları, müasir texnika və texnologiyası, silah-sursatı, təchizatı olsaydı, Rusiyanın arxasında dayandığı Ermənistanın torpaqlarımızı işğal etməsinə imkan verməzdik. Ən azı, Şuşanın və keçmiş Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızın işğalına yol verilməzdi. Ancaq ordumuzun peşəkar zabitləri, gizirləri, çavuşları, eyni zamanda könüllülər, Daxili Qoşunlar və polisimizlə birlikdə əlimizdən gələni etmişik. Bunu minlərlə hərbi və mülki şəhidlərimiz, veteranlarımız, qazilərimizin olması sübut edir. 1991-1994-cü illərdəki hərbi əməliyyatları düzgün təhlil etsələr görərlər ki, Birinci Qarabağ savaşında bizlər ölkəmizin qalan torpaqlarının müdafiəsi, Azərbaycanın müstəqilliyini qorunması üçün hansı işləri görmüşük. Kəlbəcərin işğalından sonra digər mövqelərimizi, Murovdağdakı yüksəklikləri qoruyub ermənilərin Gəncəni və digər ətraf rayonları, o cümlədən Tərtəri işğal etməsinə, neft-qaz kəmərlərinin keçdiyi, sonradan Bakı-Ceyhan və digər enerji layihələrinin çəkildiyi Bakı-Yevlax-Qazax yolunu tutmasına, Gürcüstanla sərhədimizi bağlamasına imkan vermədik.

Heydər Əliyevin Prezident olduğu dövrdə -1993-cü ilin dekabrı-1994-cü ilin yanvarında keçirilmiş məşhur Horadiz əməliyyatı zamanı Horadiz şəhərini və 22 kəndi işğaldan azad etməklə digər rayonların - Beyləqanın, İmişlinin işğalının qarşısını aldıq. Belə çıxır ki, Birinci Qarabağ müharibəsini inkar edənlər Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə Ali Baş Komandan kimi apardığı həmin uğurlu hərbi əməliyyatları da inkar edir. Daha düşünmürlər ki, biz – Birinci Qarabağ müharibəsi veteranları Gəncəni, Qazağı, Tərtəri, Beyləqanı qoruyub saxlamasaydıq, minlərlə şəhid verməsəydik, atəşkəs əldə edildikdən az sonra, 1994-cü ilin sentyabrında dövlətimiz “Əsrin müqaviləsi”ni imzalaya bilərdimi? Yəni bu günkü iqtisadi və siyasi uğurlarımızın bünövrəsini biz həmin döyüşlərlə qoyduq. Məgər 44 günlük savaşda qələbə qazanmış ordumuzun əsasını məhz Birinci Qarabağ müharibəsinin od-alovundan keçərək təcrübə qazanmış generallarımız, polkovniklərimiz, digər zabitlərimiz qoymadımı? Bunlar hamısı faktdır və onları inkar etmək olmaz".

Mehman Səlimov vurğulayır ki, bu deyilənlər Azərbaycanın hərbçiləri, döyüşçüləri, veteranları, qaziləri arasında ayrıseçkilik yaradır. Onun sözlərinə görə, bəzi hallarda əsasən II Qarabağ savaşı qazilərinə, şəhid ailələrinə diqqət edilir, dəstək verilir, I Qarabağ müharibəsinin iştirakçıları isə diqqətdən kənarda qalır: "Bu, yolverilməzdir. Odur ki, bu fikirləri mənimlə bölüşən Birinci Qarabağ müharibəsi iştirakçıları adından dövlətimizə, hökumətimizə, xüsusən Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edirəm ki, cəmiyyətdəki bu mənfi tendensiyanın qarşısını almaq üçün müvafiq tədbirlər görülsün. Birinci Qarabağ müharibəsi və onun iştirakçılarının üzərindən xətt çəkmək yolverilməzdir”.

Elçin

"AzPolitika.info"

635x100

Şərhlər

ermeni-HAY QARACI TAYFASI: 2021-11-04 00:58:27

XAHIS EDIREM DERC EDIN-FAKT+SUBUT= ƏSAS MƏNBƏ: https://modern.az/az/news/258381 3 Oktyabr 2020, 08:52 | ƏDƏBİYYAT İbtidai hay sürüsünün həyasızlığı... barədə tədqiqat - III YAZI Dünya dövlətləri və xalqaları tərəfindən “ermənilər” kimi tanınan ibtidai hay sürüsünün bəşər cəmiyyətinə və mədəniyyətinə xas olmayan riyakarlığı, saxtakarlığı, xəyanəti, yalanı, vəhşiliyi, yaltağlığı.... barədə günümüzə qədər bir çox mütəfəkkirlər, alimlər, yazıçılar, tədqiqatçılar...tərəfindən yazılmış çoxsaylı əsərlər sırasına gürcü alimi Vaya Kakabadzenin “Riyakarlıq, yalan və əxlaq” tarixi-sənədli əsəri də (Tbilisi ş., 2020) əlavə edilmişdir. Kitabda ibtidai insan-hay sürüsüsünün etno-psixoloji köklərinin cəngəllik şüurundan qidalandığı, riyakarlığının və xəyanətinin ictimai-sosial, hərbi-siyasi bağlara köklənməsi ilə bağlı geniş təhlillər həm keçmiş tarixi faktların, həm də keçən əsrin uzaq olmayan ictimai-siyasi olaylarının timsalında, dəqiqləşdirilmiş sənədli məlumatlarla aparılmışdır. Nəşrin 32-60-cı səhifələrindəki: -“V.Ardzinbanın “erməni” xatirələri”, -“Sxinvali bölgəsində erməni vəhşiliyi”, -“Azərbaycana, Gürcüstana və Rusiyaya qarşı erməni iqtisadi təxribatı”, -“İlya Çavçavadzenin “ermənilərin yalanı və əxlaqı və ağlayan daşlar” kitabının qısa məzmunu” başlıqlı mövzularda verilən tarixi-coğrafi, faktoloji bilgilərlə ibtidai hayların şüur, qavram, düşüncə tərzi, ictimai-sosial... baxışları düzgün qiymətləndirilmişdir. Hay kilsəsinin xeyir-duası ilə birləşmiş quldur dəstələri bu beynəlxalq dəhlizə qarşı 1990-1994-cü illərdə, eləcə də Rusiya, Gürcüstan, Azərbaycan ərazilərində dinc əhalinin ictimai-iqtisadi təhlükəsizliyi hədəfə alınmaqla sərnişin və yük qatarlarına yönəlik terror (1975-ci ildə Livanda yaradılmış “erməni azadlığı uğrunda gizli erməni ordusu”,”erməni soyqırımına münasibətdə həqiqət uğrunda” (1975), “erməni inqilabi ordusu”, 1979), “yeni erməni müqaviməti”, 1973), “ASALA” terror təşkilatının “Orli” bölməsi (1981) tərəfindən) aktları törətmişlər (24.03.1990-cı ildə Şərur (o dövrdə Noraşen adlanırdı)-Bakı, 30.05.1991-ci ildə Bakı-Moskva, 28.02.1993-cü il və 01.02.1994-cü ildə Kislovodsk-Bakı, 13.04.1994-cü ildə Moskva-Bakı qatarlarında). Bu barədə Rusiya Federasiyasında nəşr edilən “Arqumentı i faktı” qəzetinin 1996-cı il tarixli 26-cı saylı, “Moskovski komsomolets” qəzetinin 17 mart 1996-cı il və “Exo” qəzetinin 09 avqust 2003-cü il tarixli nömrələrində ətraflı məlumat verilmişdir. Gürcüstan və Abxaziya ərazisinə köçürülmüş SOS!-ibtidai hay sürüsünün saxta gürcü-abxaz adı-soyadı altında gizlənən canlıları tərəfindən Gürcüstan və Abxaziya ərazilərindəki (xüsusilə Barjomi vadisində) meşələrinin gizli yolla kəsilərək (xüsusilə palıd və şabalıq ağacları) Türkiyə və Avropa ölkələrinə daşınması iqtisadi-təsərrüfat təxribatının tərkib hissəsi kimi qiymətləndirilmişdir.

2+2=4 2021-11-03 18:03:16

Çingiz Abdullayev səviyyəsində məlumatlı olan Azərbaycanda çox az sayda adam var (hətta mütəxəssislər arasında belə)...yazıçımız uzun illər kqb-in arxivində işləyib......özünün səsləndirdiyi bir fikir- “mən fsb-in indiki sədri ilə şəxsən tanışam”.......”Zakon podletsov” əsəri 1-ci Qarabağ müharibəsinin başlanğıcındakı hadisələrə həsr olunub...yazıçımızın dediklərinin sətir altısını oxumaq isə hər adama verilmir.......ingilislər demişkən...”rasslabtes i poluçayte udovolstviye”...belə düşünürəm dəhşətli faktların açıqlanmasının hələ başlanğıcındayıq

Roma 2021-11-03 11:14:28

Həm Çingiz Abdullayevin və həm də Mehman Səlimovun Vətəninə, Millətinə olan xidmətləri və sevgiləri göz qabağındadır. Çingiz Abdullayevin Solovyov kimi bir nadürüstün verilişində o erməni və ermənipərəstləri yerində oturtması, savad, məntiq, hərtərəfli çıxışını unuda bilmərik. Eləcə də Polkovnik Mehman Səlimovun xidmətləri, mükəmməl bir hərbiçi, cəsur bir komandir və s. və i...Məncə bu məsələni qapatmaq lazımdır və diskussiyaya ehtiyac görmürəm, Çingiz müəllimin öz şəxsi fikridir, nə dərəcədə haqlıdır və ya haqsızdır, buraxaq öz ixtiyarına...

esger 2021-11-03 10:36:25

Birinci Qarabağ müharibəsi və onun iştirakçılarının üzərindən heç kəs xətt çəkmir Müharibə nəticəsində 20 % torpaqların düşmən tərəfindən işqal etməsi faciə deyilsə onda nə dir bunun adı

Hafiz 2021-11-03 09:54:28

İnsanların hissiyatına toxunmayın!

zaur 2021-11-03 09:31:05

Məncədə Çingiz müəllimin yanaşması düzgün deyil.O fikrini bəlkə də düzgün çatdırmayıb? Şəxsən mən Çingiz müəllimi Solovyovun verilişində yüksək səviyyədə iştirak etdiyindən dolayı bəyəndim.Onu 5-ci kolonda ittiham etmək ədalətsizlik olardı.

Moshu 2021-11-03 05:44:15

Xatırlayırsınızsa, bir müddət öncə Rusiyanın “60 минут» verilişində Çingiz Abdullayev Zatulin kimi zatı qırıqları, Skobeyeva və onun ərciyi kimi ermənipərəst politoloqları yazıçı arqumenti ilə yerlərinə otuzdurdu. Adətən Zatulin heç kimə imkan vermir dasnışmağa, hətta səhv etmirəmsə Karen Şahnəzərov da cavab verməyə arqument tapa bilmədilər. O vaxt Çingiz Abdullayevi az qala qəhrəman obrazında gördük. Bu yazıçı adamdır, görünür ki, bu fikirləri səsləndirəndə pəri quşu haradasa veyillənirdi, onun başına qonmamışdı, ona görə də belə axmaq fikirlərini dilə gətirib. İnanmıram ki, Çingiz Abdullayev bu fikirləri məqsədli, qərəzli şəkildə deyib. Bu adam fikirlərini rus dilində formalaşdırır, görünür ki, tərcüməsini edəndə erməni budaq cümləsi alınıb. Hətta haradasa fikirlərində hər hansı qüsur olubsa belə bizim hörmətdən kənar jurnalistlərimiz bunu bu qədər şişirdib sensasiya yaratmamalı idilər. şərh yazan Əlinin fikirləri ilə tam razıyam. İnanmıram ki, hörmətli yazıçımız bu fikirlərini deməklə birinci Qarabağ müharibəsində şəhid olanların ruhunu incitmək məqsədi güdüb, əlil olanlara hörmətsizlik edib. Belə olsa idi Dövlətimiz Qarabağ müharibəsi iştirakçıları ilə bağlı bu qədər normativ sənədlər qəbul etməzdi, onların xatirləri əbədiləşdirilməzdi. Bir dəfə kimsə eşidibmi ki, Müzəffər Ali Baş Komandanımız dilinə gətirə ki, Birnci Qarabağ müharibəsi olmayıb. Belə ucuz sözgüləşdirməyə son verməliyik, ciddi işlərlə məşğul olmalıyıq, bir az ciddi olmalıyıq. Mən mənfur düşmənimizin saytlarını izləyirəm, belə yazılara yol verməyirlər. Belə lazımsız yazıları oxuyanda adamın əti tökülür və burada rəhmətlik Üzeyir bəyin bir yazısında qeyd edildiyi kimi ermənilər siçandan fil düzəldəndə, biz filin orası-burasında nələrisə artıq görəndə orasını-burasını kəsə-kəsə siçan düzəldirik.

Seyid Ənhu 2021-11-03 00:42:34

Ç. ABDULLAYEV TÜRKƏ OXŞAYAN RUSDUR..ADAMI BÜTÜN ÖMRÜNÜ RUS OXYCUSUNA HƏSR ETDİ.ONUN AĞZINDAKI DİLİ DƏ O MİLLƏTƏ XİDMƏT EDİR. HEŞ VAXT ONU SANBALLI YAZIÇI HESAB ETMƏDİM..

Amon 2021-11-02 23:52:00

Ana dilinde temiz danisa bilmeyen xalq yazicisi haqqinda basqa nese demeye ehtiyac yoxdu.cingiz abdullayev ve ya rasim musabeyov hec bir ferqi yoxdu

Adsz 2021-11-02 21:30:17

Her bir insan ancaq ve ancaq oz peshesi sahesinde doqru fikirler soyleye biler....

Adsz 2021-11-02 21:28:23

Her bir insan ancaq ve ancaq oz peshesi sahesinde doqru fikirler soyleye biler....

Azərbaycanlı 2021-11-02 21:01:16

Onun qanının da təmiz olmağına inanmaq çətindir

Nərminə 2021-11-02 20:25:58

Müharibə olub,fərqi odur ki,qeyrətli xalqımız əliyalın ,silahsız olsa da 4 il rus ordusu ilə vuruşub ,irticanı sülh bağlamağa məcbur edib.Ğör təminatlı ordu olsaydıq nə olardı?

Rr 2021-11-02 19:59:43

Əliyalin vuruşan xalqın haqqını itirmək olmaz. Xalqımız həmişə vuruşub şəhid verib, qazi olub yenə də torpağını qoruyub qoruyacaq. Xalqımızı kiçiltmiyin hörmətsiz yazıçı

Roma 2021-11-02 19:56:01

Mən Mehman Səlimovu şəxsən tanıyıram və inanın səmimiyyətimə, bir hərbiçi kimi çox savadlı, cəsur, yüksək peşəkar bir zabit olmaqla bərabər, çox Vətənpərvər insandır. Onun gətirdiyi arqumentlər tam doğru sayıram... və ən əsası Vətənpərvər bir insandır. Burada onun fikirləri ilə, gətirdiyi arqumentlərlə tam razıyam, dövr fərqli, imkanlar da fərqli olub, ancaq minlərlə əsgər və zabitlərimiz qeyri-bərabər döyüşlərin qurbanı oldu

Sadiq 2021-11-02 18:41:36

Görkəmli yazıçının sözlərini şişirtmək lazım deyil əslində o tamam başqa bir fikir səsləndirib ama müəyən adamlar onun sözlərini interpretasiya edib dəişillər. Biz unutmalı deilikki hörmətli yazıçı Çinqiz müəllim doğma Azərbaycanımızı kifayət qədər uğurlu təmsil edir.

musa 2021-11-02 18:03:30

əgər diqqət yetirsəniz görərsiniz ki belə araqarışdıran fikirlər yürüdənlərin coxu moskvaya bağlı şəxslər olur ya da ki arvadları qeyri millətdən olanlar

Eli 2021-11-02 18:00:37

Hörmetli polkovnik Mehman Selimov cenabları çox düzgün ,obyektiv mütexessis kimi tehlil verdi ve Heqiqet ve Haqq onun terfindedir.Düz deyir eger biz müsteqillik elde edenden sonra Heyder Eliyev hakimiyyetde olsaydı biz bu qeder sehvlere yol vermez ve torpaqlar elden getmezdi.Men deqiq bilirem-işin içinde olsn naxçıvanlı qardaşlar dznışıblar mene.O vaxt H.Eliyev Naxçıvan Ali Meclisinin sedri olanda Naxçıvan MR-da olan Sovet ordusunun zabit esger heyyetini çıx mükemmel diplomatik manevrlerle gül çiçekle ele yola saldı ki onların heç ruhları da incimedi ve tebii ki,bu Ordunun bütün silah ve texnikası bizde qalmaq şerti ile.Bu işi Azerbaycandd kim edeceydi,ruyaziyyat müellimi Rehim Qazıyev,Yunsatan Suret ayry ayrı özbaşına batalyon yaradan Xalq Cebhesinin bezi üzvleri.Yazıq rehmetlik Elçibey ki kristal temiz bir İnsan qalmışdı bı iddiaçıların elinde.Eli Kerimov indi söz meydanında meydan sulayır.Bunu o vaxt praktiki işlerde etmek lazım idi o trcrübe de bınlards yox idi olanlarında çoxu yarımçıqlar idi.Ne ise Eliyev 1994- cü ilde ateşkese nail olmaqla vaxt qazanmaq fürseti elde etdi ve iqtisadiyyatın dirçeldilmesine başladı netice özünü 27 ilden sonra gösterdi.O ki ,qaldı Çıngiz müellime bu insan yaradcı adamdır ve bu onun subyektiv fikridir o mütesessis deyil ve bu işlerd yanaşması bu cürdür yeni onun da üstüne çox getmek lazım deyil.İnsandı gikrini deyir,bu dövlet seviyyesinde qerar vermir ferman imzalamır,ve yeqin ki sehv etdiyini etiraf eder Ziyslı İnsandır.

turan 2021-11-02 17:39:48

1992-ci ildə Ağdərə alınmışdı

t.ədalət 2021-11-02 17:06:36

Müharibəni iki hissəyə bölmək doğru deyil...Müharibəni iki hissəyə bölmək milli ayrı-seçkiliyə gətirib çıxara bilər.Buna vaxtında son vermək lazımdır!

Son yazılar