Menu

Aleksey Reznikov Ukraynanın müdafiə naziri ola bilər

03.11.2021, 19:03
Aleksey Reznikov Ukraynanın müdafiə naziri ola bilər

Ukraynanın müdafiə naziri postuna yeni namizəd irəli sürülüb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, ölkə parlamentinin Təhlükəsizlik və müdafiə komitəsi bu posta bu gün Baş nazirin müavini vəzifəsindən azad olunan Aleksey Reznikovun namizədliyini verib.

Parlament sabah bu təklifi müzakirə edəcək.

Qeyd edək ki, Ukrayna müdafə naziri Andrey Taran ötən gün istefa verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol