Menu

"Saakaşvili ilə bağlı mövqeyim dəyişməyib" - Zurabişvili

03.11.2021, 22:42
"Saakaşvili ilə bağlı mövqeyim dəyişməyib" - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilini əfv etməyəcək.

Bu barədə S. Zurabişvili keçirdiyi brifinqdə deyib. Bildirib ki, sabiq Prezident M. Saakaşvili ilə bağlı mövqeyi dəyişməyib.

“Mənim sabiq prezidentin əfv edilməsi ilə bağlı mövqeyim dəyişməyib – yox və heç vaxt”, deyə S. Zurabişvili bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol