Noyabrın 2-də Almaniya və Pakistan maliyyə əməkdaşlığı barədə saziş imzalayıblar. Bu barədə noyabrın 3-də «Dawn.com» xəbər verib.
Onun şərtlərinə uyğun olaraq, Almaniya 129 milyon avro ayıracaq - Pakistanda rəqəmsal idarəetmə, sosial müdafiə, standartların irəli aparılması, günəş enerjisindən istifadənin genişləndirilməsi, qadınların səhiyyədə özəl sektorda sərbəst məşğulluğu, hidroenergetikanın inkişafı və bərpa olunan enerji mənbələrinin inkişafı üçün.
Sazişin imzalaması mərasimində iştirak edən Pakistan iqtisadiyyat naziri Ömər Əyub Xan iki ölkə arasındakı əməkdaşlığı şərh edib: «Pakistan və Almaniya inkişaf sahəsində çoxdankı həmkarlardır və mən, hər iki tərəfi inkişaf sahəsində əməkdaşlığın 60 illiyinin başa çatması münasibətilə təbrik edirəm».
Saziş iki il çəkən danışıqların nəticəsi olub.
AzPolitika.info


Şərhlər