Menu

"CQD Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır" - Robert Sekuta

04.11.2021, 16:20
"CQD Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır" - Robert Sekuta

"Cənub Qaz Dəhlizi (CQD) Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır".

Bunu “Report”a “Caspian Policy Center” konsultasiya şurasının üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.

“CQD Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rola malikdir. Dünya qaz bazarındakı reallıqlar bunun sübutudur”, - R.Sekuta deyib.

O, Avropaya qaz tədarükünün şaxələndirilməsinin vacibliyini vurğulayıb.

“ABŞ bu məsələdə Azərbaycan, Gürcüstan, Türkiyə və Aİ ilə uzun illərdir ki əməkdaşlıq edir”, - söyləyən R.Sekuta CQD-ni enerji siyasətinin uğuru adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol