Menu

Karantin qaydalarını heçə sayan müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olundu - FOTO

04.11.2021, 20:02
Karantin qaydalarını heçə sayan müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olundu - FOTO

Mingəçevir şəhəri, A.Şaiq küçəsində fəaliyyət göstərən fiziki şəxs Kərimov İkrəm Balakişi oğluna məxsus “Nur” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol