Menu

Amnistiyaya düşəcək şəxslərin təxmini sayı açıqlanıb

05.11.2021, 13:24
Amnistiyaya düşəcək şəxslərin təxmini sayı açıqlanıb

“Ənənəvi olaraq amnistiya qərarları bayram günləri ilə bağlı qəbul olunur”.

“Report” un xəbərinə görə, Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Akta əsasən, təxminən 3 min məhkum azadlığa buraxılacaq. Ehtiyatsızlıqdan cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar təxminən 600 nəfər, qadınlar isə təxminən 100 nəfər amnistiyaya düşəcək. Onu da qeyd edim ki, indidən dəqiq rəqəmləri söyləmək çətindir. Təxminən rəqəmlərin bu istiqamətdə olacağı gözlənilir”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol