Menu

Türkiyə fəzaya ilk astronavtını göndərəcək

05.11.2021, 21:37
Türkiyə fəzaya ilk astronavtını göndərəcək

Gələn il Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək. “Report” NTV-yə istinadən xəbər verir ki, Türkiyə Uzay Agentliyinin (TUA) sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyəli astronavtın azı 1 həftə kosmosda qalacağını qeyd edən TUA rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Ona görə də astronavt namizədi elm adamlarından olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol