Menu

İrəvanda kütləvi qida zəhərlənməsi baş verib

05.11.2021, 23:46
İrəvanda kütləvi qida zəhərlənməsi baş verib

Ermənistanın paytaxtı İrəvanda 60-a yaxın insan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. "Report" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Tashir Pizza” iaşə məntəqələrində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 57-yə çatıb.

Onlar İrəvanın müxtəlif tibb mərkəzlərinə yerləşdirilib, səhiyyə naziri Anahit Avanesyan müalicə prosesi ilə yerindəcə tanış olub.

Zəhərlənənlərin hamısının İrəvanın mərkəzində Şimal prospektində və Xancyan küçəsində yerləşən “Taşır Pizza” iaşə məntəqələrinə baş çəkdiyi qeyd edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol