Çeçenistan rəhbəri Ramzan Kadırov RT nəşrinin baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib. Kadırovun tənqidi Simonyanın Yeni Moskvada baş verən konflikt haqqında fikirləri ilə bağlı olub.
Siyasətçi özünün “Telegram” kanalında Simonyana hər hansı bir mövzu ilə bağlı fikir söyləməzdən əvvəl informasiyanı dəqiqləşdirməyi tövsiyə edib.
“Bir daha “Qafqaz əsilli” Simonyana xatırlatmaq istərdim ki, nüfuzlu, ciddi kütləvi informasiya vasitəsinin baş redaktoru açıqlama verməzdən əvvəl informasiyanı yoxlamalı, daha sonra nəticə çıxarmalıdır”, - deyə Kadırov bildirib.
O, həmçinin qeyd edib ki, müxtəlif mətbuat orqanlarının baş redaktorlarından nəyə görə qafqazlılar haqqında mənfi xatırlatma etdikləri barədə soruşanda, dəfələrlə bunsuz baxış sayının olmayacağını söylədiklərini vurğulayıb. Kadırov bildirib ki, nəyə görə Qafqazdan başqa digər regionlardan olanların adları çəkilmir, digər regionlardan olanların etnik və ya dini mənsubiyyəti vurğulanmır.
“Məktəbdə qətl, nəhəng korrupsiya sxemləri, dövlətə xəyanət və digər səs-küylü cinayətlər – gəlin, burada da milliyəti yazaq, ya da heç olmasa “slavyan milliyətli şəxs”, “Moskva əsilli” yazaq”, - deyə R.Kadırov qəzəbini ifadə edib.
Qeyd edək ki, Marqarita Simonyan Yeni Moskva ərazisində baş verən kütləvi dava ilə bağlı fikir səsləndirərkən, bu cür davranışın yoxlamaların qayıtmasına (qeydiyyat sənədləri) səbəb olacağını bildirmişdi. (oxu.az)


Şərhlər
Bu Simonyanlar,Şahnazaryanlar,Baqdasaryanlar Rusiya dövletine çox xryir efiir ,bunların eli ile ne siyası oyunlar,siyası skandallar istesen yarstmaq olar .Ö böyüklükde dünyaya blef gele gele meydan sulayan SSRİ-bunların eli ile dağılması a tehsn verilmedimi?Meger bunlar milletinln dövletinin düşmeni başıboş Qorbaçovun ailesinin içine girib onun özü seviyyelli xanımını rüşvetle ele alıb faktiki Rusiya imperiyadını dağıtmadılarmı?İndi de Rusiyanı dagıdacaqlar ruslar ermeni arağındsn,konyakından vrub düşsünler peşka kimi bunların qabağına.O ki qaldı bunların Qafqazlılara bele münasibeti bı Qafqazlılara yox müselmanlara bu cındır ermeni mafiyasının sonsuz nifretidir,Tebii ki İran İslam respublikası istisnadır bunların qardaşları.
Dövlete baxın mediası qalıb üç dörd dene Simonyanın,Şaxnazryanın,Baqdasaryanjn ümidine ki gece gündüz bunların eleyhine işleyib bunları dünyada biabır edirler ,bunlar da özleri Qafqazlı ola ola Qafqazlıları beyenmirler.Ay bedbext Rusiya bütün dünya bunları beyenmir bunlar da bizi.