Menu

YOLUXMA və ÖLÜM SAYI AÇIQLANDI - Koronavirus statistikası

08.11.2021, 19:28
YOLUXMA və ÖLÜM SAYI AÇIQLANDI - Koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 310 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 548 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 509 201 nəfər müalicə olunaraq sağalıb, 7 293 nəfər vəfat edib, aktiv xəstə sayı 32 097 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 034, ötən müddət ərzində isə ümumilikdə 5 292 250 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol