Menu

"Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir" - XİN

09.11.2021, 16:54
"Ermənistan Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir" - XİN

"Ermənistan müdafiə nazirinin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etməsi qarşı tərəfin növbəti təxribat əməlidir".

Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Baş verənlər onu göstərir ki, Ermənistan tərəfi bilərəkdən vəziyyəti gərginləşdirmək məqsədi güdür. Bu addımların 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birinci ildönümü ərəfəsində atılması isə Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq məqsədinə xidmət edir və ümumiyyətlə bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır", - o vurğulayıb.

Şərhlər

Niyaməddin 2021-11-10 07:52:26

XİN-nin açıqlaması ilə qətiyyən razı deyilik. Bu səfərə icazəni rus ayıları verib, bu şübhəsiz ki, belədir. İkincisi XİN-dən tələb edirik ki, ruspərəstlik etməyi dərhal dayandırsın. Azərbaycan vətəndaşı hər şeyi çox gözəl bilir və görür. Düşmənlə isə açıq, mərd şəkildə danışmaq lazımdır. Düşmən dedikdə rusiyanı nəzərdə tuturuq...

turan 2021-11-09 20:42:20

bu səfəri ruslar özü təşkil edib

Həsən 2021-11-09 19:24:24

Bəs bizim XİN niyə açıq şəkildə əleyhimizə işləyən sülhməramlıların üzərinə " projektor" salır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol