Menu

"Azərbaycan və erməni tərəfləri ilə birlikdə insident araşdırılır”- Rusiya Müdafiə Nazirliyi

10.11.2021, 12:34
"Azərbaycan və erməni tərəfləri ilə birlikdə insident araşdırılır”- Rusiya Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi noyabrın 8-də Şuşa yaxınlığında baş vermiş insidentlə bağlı məlumat yayıb. Məlumada deyilir ki, noyabrın 8-də, yerli vaxtla saat 13:40-da Şuşa rayonu ərazisində Qarabağda qalan ermənilərdən ibarət 4 nəfər işçi Azərbaycan tərəfindən atəşə tutulub : "Nəticədə üç nəfər yaralanıb, bir nəfər öldürülüb. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Azərbaycan və erməni tərəfləri ilə birlikdə insidenti araşdırır”.

"AzPolitika.info" xəbər verir ki, Azərbaycan XİN isə Şuşa yaxınlığındakı insidenti təxribat sayır. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur. 

Onun sözlərinə görə, adətən bu ərazidə hər hansı fəaliyyət həyata keçirilmədən öncə Rusiya sülhməramlılarına məlumat verilir və fəaliyyət sülhməramlıların müşayiəti ilə keçirilir.

“Bu dəfə isə Rusiya sülhməramlılarına hər hansı məlumat verilməmiş və fəaliyyət prosesində onların iştirakı olmamışdır. Bu isə əlbəttə, ciddi suallar doğurur”, – Abdullayeva vurğulayıb.

O, həmin tarixdə Şuşada Azərbaycan Prezidenti və dövlət rəsmilərinin iştirakı ilə tədbir keçirilirdiyini, belə hallarda ərazidə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüldüyünü sözlərinə əlavə edib: “Bunu bilərəkdən, əraziyə yaxın məntəqədə hər hansı su xəttinin təmirinin həyata keçirilməsi hər hansı məntiqə sığmır”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol