Menu

2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər

10.11.2021, 16:01
2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilə bilər

"Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olaraq hədəfimiz və təklifimiz olacaq ki, 2023-cü ildə yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabərləşdirilsin".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, yekunda hökumətin qərarı olacaq: "Qərar nə olsa, biz də onu müdafiə edəcəyik".

Şərhlər

t.ədalət 2021-11-10 18:08:14

2023-cü ilə kim qala,kim ölə.Siz bu günkü problemin həllindən danışın.Bu günkü ehtiyacın məngənəsində sıxılanlar sırf kasıblar vı balalarını müharibəyə göndəırənlərdir.Kef içində yaşayanlar isə fərarilərdir.Onlar,nəinki öz övladlarını,heç qohum-əqrəbalarını müharibəyə vermədilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol