Mağara-monastırlar: Keşikçi dağ

İlhami Cəfərsoy

Azərbaycanla Gürcüstan arasında Qara Yazı dağında 20 mağara-monastır var. Həmin mağaraların çoxu xristianlıqdan qabaq bizim Aran alpları tərəfindən qayalarda oyulmuşdur. XI əsrdən sonrakı kilsə salnamələrində Aran alplarının mahalı Ereti adlandırdırılır. Ereti Ərənlər yurdu deməkdir.

Biz Keşikçi dağa yürüşləri davam etdirməli, kilsələrdə Alban din xadimlərimizi əyləşdirməliyik. VI əsrin əvvəllərində Suriyalı ata David Eretiyə gələndə Keşikçi dağ Karaca dağ, dağın ətəyindəki çöl Kara Yazı adlanırdı. David kilsələri qayada oydurmağa başlayanda Karaca ləqəbini qəbul etdi.

O zaman yerli qəbilələr İveriyada gürcü dilində yox, Xəzər dilində danışırdılar. Gürcülərin əcdadları olan İudeya mənşəli baqrationlar hələ o zaman Qafqaza gəlməmişdilər. Onlar çox sonralar 1117-ci ildə Tiflis şəhərini tutub yerli kiçik xalqları gürcüləşdirməyə, yevrey əsilli gürcü tarixçilərinin yazdığı kimi yəhudiləşdirməyə başladılar. İndiki gürcü dili Qafqaz dillərinin təsirilə xeyli dəyişilmiş yəhudi ləhcələrindən biridir.

VI-VII əsrlərdə mağara-monastırların divarlarına yazılan duaların çoxu Türk dillərinin bir neçə ləhcəsində idi. Həmin dualardan nümunələr yazıram: - Ari tanqri, ari yuca, ari acalsez, İsa ki xaça çəktəng, rahmet galgil biza. Bu sözlərin mənaların anlamaq üçün lüğətləri vərəqləməyə ehtiyac yoxdur.

1121-ci ildən sonra İveriyanın kilsə divarlarına gürcü dilində yazılar yazmağa başladılar. Ruslar Qafqazı işğal edəndən sonra ermənilər akademik Mari Brosseni Fransadan Qafqaza dəvət etdilər. O, Qafqazın kilsələrini gəzərək salnamələri topladı. 1828-ci ildə Parisin Asiya Cəmiyyətinə məruzə etdi. 

Məruzədə qeyd olunurdu ki;

Qafqazın ilk kilsələrinin çoxu V-VII əsrlərdə xristian türklər tərəfindən tikilmişdir.

XI əsrə baqrationlar gələnə qədər gürcülərin salnamələri olmamışdır.

Şota Uruztavelinin “Bars dərisi geymiş koma” poeması orijinal əsər olmayıb, Aran folklorundan tərcümədir.

“Gürcülərin” Saracişvili, Əliqulaşvili, Buxaralidze, Şahbuz Tutuxddze, Karbelaşvili, Çolakaşvili, Kaplanidze, Buridze soyadlı elm və din xadimləri olmuşdur.

XIX əsrin sonralında İlya Çavçavadze “Erməni alimləri və ağlayan qayalar” kitabını yazdı. Ona cavab olaraq Xristofor Vermişov 1904-cü ildə “Gürcü-erməni münasibətlərinin tarixinə dair materiallar” kitabını nəşr etdirdi. Kitabda göstərilirdi:

Tiflisdən Bərdəyə qədər Kür çayı boyunca düzənliklərdə, Kara Yazı çölündə, Kaxeti və Eretidə gürcülər yox, albanlar və türklər yaşayırdılar.

Tiflis ilə Qırmızı körpü arasındakı Bərdə, Şuşa, Ucar, Alaverdi, Şatberdi şəhərlərini Albaniyadan köçüb gələn nəsillər salmışdır.

Ermənilər gürcülərin abidələrini məhv etməyiblər. O torpaqlarda gürcülərdən qabaq yaşayan albanların və türklərin dini və dünyəvi abidələrini məhv ediblər.

Biz yalnız Albaniyadakı yox, Borçalıdakı, İrəvan çuxurundakı, Göyçə mahalındakı xristian abidələrimizə sahiblik iddialarımızı irəli sürməliyik.

Qrabar, aşxarabar, iver dilləri, Urartu mixiyazılı abidələri üzrə gənc mütəxəssislər hazırlamalıyıq.

Ali təhsil proqramlarında ciddi dəyişikliklər etməliyik. Milli düşüncəli vətənpərvər dilçilər, ədəbiyyatçılar, tarixçilər hazırlamalıyıq.

 Mağara-monastırlarının giriş qapılarından biri

Qayalarda oyulmuş mağara-monastırlarından bir neçəsi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar