Menu

Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı

11.11.2021, 00:25
Almaniyada koronavirusa rekord yoluxma qeydə alındı

Almaniyada son sutkada koronavirusa 39 676 nəfər yoluxub. Bu, ölkədə bütün pandemiya dövründə maksimum göstəricidir.

Bundan əvvəlki antirekord noyabrın 5-də qeydə alınıb, o zaman gün ərzində 37 120 yoluxma halı aşkar edilib.

Epidemiya başlayandan indiyədək Almaniya Federativ Respublikasında 4 844 054 nəfərdə koronavirus qeydə alınıb.

Koronavirusun yaratdığı xəstəliyin nəticələrindən ölkədə bir gündə 236 xəstə ölüb. Almaniyada pandemiyanın bütün dövründə ölənlərin ümumi sayı 96 963 nəfərə çatıb. ( TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol