Menu

Prezident İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edildi

12.11.2021, 16:21
Prezident İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edildi

“Tarixi qərarlara imza atacağımız Zirvə görüşünün ölkələrimiz və bütün insanlar üçün xeyirli-uğurlu olmasını diləyirəm”.

“Report”un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Can Azərbaycana həyata keçirdiyi uğurlu işlərə görə təşəkkür edirəm”, - dövlət başçısı vurğulayıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali nişanı təqdim edilib.

Ali nişanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə Qarabağın 30 illik işğalına 44 günlük qısa zaman kəsiyində son qoyuldu" - deyə, Ərdoğan Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

Şərhlər

İ.İmamov 2021-11-12 16:50:17

Cənab Prezidentimizi təbrik edirəm və uğurlar arzulayıram !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol