Menu

Ceyhun Bayramov Tobçubaşovun nəvəsinin məzarını ziyarət edib

13.11.2021, 19:45
Ceyhun Bayramov Tobçubaşovun nəvəsinin məzarını ziyarət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.

Bu barədə Ceyhun Bayramov tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət etdik, məzarı üzərinə tər çiçəklər düzdük".

Şərhlər

t.ədalət 2021-11-14 01:09:56

Türkiyə ilə birliyə qədəm qoyan ölkəmiz Cənab Prezidentin köməkliyi ilə YAP-ın yaratdığı anti-Demokratik Cümhuriyyət baryerini də keçəcək.Biz,Rusiyanı dəstəkləyən YAP-çıların deyil,ümumrespublikanın dəstəklədiyi Cənab Prezidentin ardınca gedib azad Azərbaycanımızı rus-erməni işğalından xilas edəcəyik.Zaman doğrunun izinə düşməyi diqtə edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol