Menu

“Rus sülhməramlıları bölgəni tərk etməlidir!” – VHP-dən sərt bəyanat

17.11.2021, 15:39
“Rus sülhməramlıları bölgəni tərk etməlidir!” – VHP-dən sərt bəyanat

“Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verənlər nəticəsində ölən və yaralananlar var. Şəhidlərimizin ruhu qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik. Biz Azərbaycan Ordusunun apardığı əməliyyatları alqışlayır və Ordumuzla birgə olduğumuzu bəyan edirik. 

Vətəndaş Həmrəyliyi Partiyası Qarabağda və dövlət sərhəddində baş verən təxribatları qətiyyətlə pisləyir, bölgədə sabitlilin, sülhün pozulmasına yönələn addımların qarşısının alınmasını tələb edir”.

Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının bugünkü bəyanatında belə deyilir.

Sənəddə vurğulanır ki, Azərbaycan 10 noyabr bəyanatının prinsiplərinə sadiqdir və bəyanatın digər müəllifləri də imzalarına hörmət göstərməlidir. “Tərəflər arasında atəşkəsin təminatçısı olan Rusiyanın passivliyi, "sülhməramlı" adı altında rus hərbçilərinin missiyasını yerinə yetirməməsi Azərbaycan ictimaiyyətində ciddi etiraz doğurur. Azərbaycanın Zəfər Savaşından keçən bir il ərzində rus hərbçilərinin nəzarəti altında olan ərazilərdə erməni yaraqlılarının zərərsizləşdirilməsi müşahidə olunmur, əksinə Azərbaycan Respublikasının ərazisində hərbi, siyasi və ideoloji təxribatlar haqda məlumatlar gəlir və buna qarşı heç bir diplomatik və hərbi müqavimət yoxdur. Rusiya himayəsinə götürdüyü və özünün Qafqazdakı forpostuna çevirdiyi Ermənistanı, erməni separatçılarını cilovlamağı bacarmırsa, Azərbaycan ordusu bunun yolunu və üsulunu bilir”.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ictimaiyyətini düşmənə qarşı milli iradənin ortaya qoyulmasına çağırır. “Biz belə hesab edirik ki, rus sülhməramlıları öz missiyasını yerinə yetirərək yaxın müddətdə Qarabağda yerləşən silahlı erməniləri zərərsizləşdirməyəcəyi təqdirdə bölgəni tərk etməlidir”.

“AzPolitika”

Şərhlər

Eli 2021-11-17 17:55:49

Sabir beyin teklifi düzgün tdklifdir ,mence sebrle bu meseleni gğndemdd saxlamaq lazımdır ki İt de ,onun yiyedi de yerini bildin yoxsa bu rus sülhmeramlıları bir ikdir bu ermenilere” konsert” verirler.Rusiyanın dünya sitasetinde ona göre hörmeti yoxdurr ki Kişi kimi verdiyi sözün arxasında durmur.Putin müellim de Erdoğanı onun sözünü ve emelini görür ve deyir ki ,Erdoğan-Türk Kişidir.Ancaq özleri ise daxili xisletlerine göre Kişi ola bilmirler çünki qan deyişmelidir.Ne ise yaxşo olacaq her şey.Sebrli olaq.

esger 2021-11-17 17:08:54

Bu bəyənəti Putina, Rusun Dövlət Dumasına, ən azı Rusiyanın səfirliyinə göndərsəydilər olardı əla Amma gəlin görək, axı, nə baş verib – stəkanda fırtına Afərin VHP

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol