Menu

“Mixeil Saakaşvilinin ləyaqəti qorunmalıdır” - Gürcüstan Prezidenti

17.11.2021, 19:10
“Mixeil Saakaşvilinin ləyaqəti qorunmalıdır” - Gürcüstan Prezidenti

Gürcüstanın Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixeil Saakaşvilinin türmə xəstəxanasına yerləşdirilməsini əks etdirən videokadrların yayılmasını pisləyib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, keçirdiyi xüsusi brifinqdə bildirib.

S.Zurabişvili qeyd edib ki, qanun qarşısında hamı bərabərdir və keçmiş prezidentin həbsi qanunun aliliyi prinsiplərinə əsaslanıb.

Onun sözlərinə görə, hazırkı hakimiyyət sələfi - M.Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkat Partiyasına bənzəməməlidir: “Mixeil Saakaşvili xüsusi məhbusdur. Cəmiyyət və beynəlxalq ictimaiyyət ona qarşı ən yüksək standartların tətbiqini tələb edir. Keçmiş prezidentin ləyaqəti onun davranışına baxmayaraq, qorunmalıdır. Belə ki, keçmiş prezident hər necə olsa, dövlətlə bağlıdır və bu statusa hörmət edilməlidir. Buna müvafiq olaraq, onun şərəf və ləyaqətini ləkələyən kadrların yayılması qətiyyən yolverilməzdir”.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, noyabrın 8-də Qldani həbsxanasının klinikasına yerləşdirilib. Xüsusi Penitensiar Xidmətin yaydığı videokadrlarda M.Saakaşvilinin xəstəxanaya zor gücünə daxil edilməsi əks olunub.

Şərhlər

Eli 2021-11-17 19:41:09

Menim fikrimce Saakaşvili nir şexsiyyet kimi hazırda Gürcüsrsnda iqtidarda olanlardan qat qst deyerli İnsandır.O ,bir vetendaş olaraq heyatının riske ataraq Veteni ve Xalqının varlığı uğrunda öübarizeye atılır ve worxmur.Hakimiyyetde olan ve elinde bütün imkanlar olan iqtidar ise bu silahsız İnsandan qorxur ve onu zindana ataraq hetts onun ölümüne teşebbüs gösterirler.Ferq bundadır yeni kim Xalqının yanındadır göz qabağındadır.Gürcü iqtidarı ise Sövet Rusiya şinelinden çıxmışlar xalqından uzaq düşmüşlerdir.Baxın son 100 ilde ruslar hansısa dövlet başçısına hörmet qoydularmı yox .Çünki Rusiya üçün Xalq millet dövlet İnsan haqqları anlayışı yoxdur .Bunlar da onların yedeyinde gedenlerdir edl vetenperverler ise Veten hemişe Zindan olubdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol