Menu

Rüstəm Muradov İrəvana bir erməni hərbçinin meyitini aparıb - YENİLƏNİB

17.11.2021, 21:29
Rüstəm Muradov İrəvana bir erməni hərbçinin meyitini aparıb - YENİLƏNİB

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb. 

***

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

Şərhlər

t.ədalət 2021-11-17 21:58:30

Rüstəm Muradovun rəddi belə təhlükəlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol