Menu

"Pensiya kapitalından kredit, kommunal xidmətlər ödəməyə imkan yaradılsın" - Deputatdan təklif

19.11.2021, 14:33
"Pensiya kapitalından kredit, kommunal xidmətlər ödəməyə imkan yaradılsın" - Deputatdan təklif

"Mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər. Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov bildirib. O qeyd edir ki, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. 

"Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapital olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir. Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin",- iqtisadçı vurğulayıb.

Deputatnın sözlərinə görə, əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa o zaman ona əlavə vəsaitinin 30 faizinin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı: "Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa o zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmətlərin pulu ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər. Bu həm də yığımlara marağa artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər. Bu hal həmçinin pensiya yığımlarına marağı artıra və vəsaitin daha ünvanlı istifadəsinə imkan yaradıla bilər".

"AzPolitika.info"

Şərhlər

Pensiyaçı 2021-11-19 15:00:03

Bu ağılla neçə qardaşsınız? Ay "deputat" nə pensiya berirsiniz ki. hələ ondan kapital yaransın?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol