Menu

İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

21.11.2021, 16:55
İran şirkətləri Ermənistanda istehsalat müəssisələri yaradır

İran şirkətləri Ermənistanda kimya məhsulları və yazı alətləri istehsalına başlayacaq. “Report” xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan “Sputnik Ermənistan”a müsahibəsində deyib.

İşçi qüvvəsi Ermənistandan cəlb olunacaq, çünki şirkətlərin müraciətlərində Avrasiya İttifaqına daxil olmayan ölkələrin vətəndaşları üçün lazım olan iş icazələri tələb olunmayıb.

O əlavə edib ki, iranlı iş adamlarının müraciəti artıq Ermənistan hökumətinin idarələrarası komissiyasında nəzərdən keçirilir və çox güman ki, gələn cümə axşamı hökumətin iclasında təsdiqlənəcək.

Şərhlər

Eli 2021-11-21 18:52:04

İranın fars-molla-ermeni rejimi “Kişi” kimi öz “müselmançılığını” göstermekde davam edir.İran rejimi ne meshebe. qulluq edir bu göz qabağındadır,maraqlı olan diger müselman ölkelerinin bu meseleye münasibetidir ki, bu meselelere neytral münasibetleri insanın teccüblendirir.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol