Menu

Azərbaycan 142 ölkə arasında 94-cüdür - Gender bərabərliyi

28.10.2014, 17:55
Azərbaycan 142 ölkə arasında 94-cüdür - Gender bərabərliyi

Dünya İqtisadi Forumu 2014-cü il üçün gender bərabərliyi indeksini açıqlayıb.

“Media forum” saytı xəbər verir ki, Azərbaycan gender bərabərliyi göstəricisinə görə 142 ölkə arasında 94-cü yerdə dayanır.

Azərbaycanın qonşuları – Rusiya 75-ci, Gürcüstan 85-ci, Ermənistan 103-cü, Türkiyə 125-ci, İran 137-ci sıradadır.

Keçmiş SSRİ subyektlərindən Latviya 15-ci, Litva 44-cü, Estoniya 62-ci pillədə qərarlaşır.

MDB məkanından Moldova 25-ci, Ukrayna 56-cı, Belarus 32-ci, Qazaxıstan 43-cü, Qırğızıstan 67-ci, Tacikistan 102-ci yeri tutur.

Gender bərabərliyi göstəricisinə görə ən yaxşı 5 ölkə İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarkadır.

Ən pis 5 ölkə sırasında isə Mali, Suriya, Çad, Pakistan və Yəmən dayanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol