Menu

“Sağlam Yaşa” narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirib

23.11.2021, 17:09
“Sağlam Yaşa” narkomaniyaya qarşı tədbirlərini Astara rayonunda davam etdirib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Narkomaniya insanlığın faciəsidir” adlı növbəti tədbirini 16 noyabr 2021- ci il tarixində Astara rayonunda davam etdirib. 

Rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə rayon ziyalıları, Astara pedaqoji kollecinin tələbələri, Astara rayon 1 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri və rayon gəncləri iştirak edib. Dövrümüzün ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadları  baradə geniş müzakirələr aparılıb.

Təşkilatın nümayəndəsi Tələt Qəribov çıxışında deyd etdi ki, narkomaniya təkcə insanların sağlamlığına ziyan vurmur, o eyni zamanda cəmiyyətdə bir cinayəkarlar dəstəsi yetişdirir. Rayon ağsaqqallar şurasının sədri Natiq İbadov, Pedaqoji kollecin tələbə gənclər təşkilatının sədri Elgün Əzimov, kollecin tələbəsi Yüksər Salmanzadə, 1 saylı tam orta məktəbin şagirdi Kəmirə Heydərova, Ziba Qurbanzadə və başqaları narkomaniya haqqında, gənclərimizi bu bəladan xilas yolları barədə öz fikirlərini bildirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol