FRANSANIN İŞİD və PKK İLƏ GİZLİ ƏLAQƏLƏRİ İFŞA EDİLDİ - Sensasiyalı faktlar + VİDEO

"TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən film hazırlayıb. “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli film artıq yayımdadır! 

Sənədli filmdə təkzibedilməz faktlarla, yarım milyona yaxın sənəd üzərində 2 il boyu aparılan dərin araşdırma nəticəsində üzə çıxarılır ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub.

“Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.


Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.
Bütün bunlar Fransanın indiki prezidenti Emanuel Macronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.

Azərbaycan ictimaiyyəti bu sənədli filmdə əksini tapan məqamları təəccüblə qarşılamayır. Çünki Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi.

Fransanın Vətən müharibəsi dövründə Suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsinə dair də geniş informasiyalar vardır.

Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya Suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyək rüsvay oldu.

TRT-nin faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur.

Film ingilis dilindədir; lakin türkcə titrlərlə tərcüməsi verilir. Həmin filmi təqdim edirik:

635x100

Şərhlər

Niyaməddin 2021-11-25 21:08:00

Bu şərəfsizlər terrorçu təşkilatların bu gün də himayədarlarıdır. Türk, islam və ümumiyyətlə insan düşməni olan bütün imperialist güclər kimi fransanın da alçaq əməlləri üzə çıxdı. İnsan haqları adı altında hər cür hoqqadan çıxaraq öz mənfəətləri üçün əliyalın insanları qətlə yetirdilər. Allah bunların kökünü kəssin! Lənətlənmiş şərəfsizlər!

turan 2021-11-25 12:12:25

qurbağa yeyənləri öz gölməçələrində öz milçəkləri ilə yemləmək lazımdır ki, başları öz milçəklərinə qarışsın

Son yazılar