BAKIDA ZƏFƏR AVTOYÜRÜŞÜ KEÇİRİLİB - FOTOLAR +VİDEO

Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillərlə təmin edilən Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər avtoyürüşü keçirilib.

Vətən müharibəsi qazilərindən ibarət heyət Azərbaycan və Türkiyə bayraqları asılan avtomobillərlə yürüşə başlayıb. Yürüş iştirakçıları əvvəlcə I Fəxri xiyabandan II Fəxri xiyabana yollanaraq işğal altında olan torpaqların azadlığı uğrunda şəhid olan igidlərin məzarlarını ziyarət ediblər. Avtoyürüş Heydər Əliyev Mərkəzinin qarşısına qədər davam edib.

Avtoyürüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov da iştirak edib.

FOTO: Tapdıq Abdullayev

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar