Əli İnsanov və Əli Kərimli görüşdülər – FOTO

Bu gün AXCP sədri Əli Kərimli ilə Haqq Ədalət Partiyasının sədri Əli İnsanov arasında görüş olub.

Musavat.com xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Seymur Həzi sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, tərəflər ictimai -siyasi vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Sözügedən görüşlə bağlı HƏP mətbuat xidməti də məlumat yayıb. Məlumatda bildirilir ki, HƏP siyasi liderlərlə görüşləri davam etdurur: “Bu gün, 2021-ci il noyabrın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Haqq Ədalət Partiyasının sədri Əli İnsanov arasında görüş keçirilmişdir. Tərəflər Azərbaycanda mövcud olan ağır ictimai-siyasi durumu, regionda və dünyada baş verən hadisələri ətraflı müzakirə etmişlər. Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşdüyü qeyd olunmuşdur. Görüş qarşılıqlı anlaşma şəraitində keçmişdir. Belə görüşlərin əhəmiyyəti xüsusi vurğulamış və davam etdirilməsinin vacib olduğu qeyd olunmuşdur”.

Görüşdə AXCP sədrinin müavini Seymur Həzi və HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli iştirak ediblər.

635x100

Şərhlər

RAMO 2021-11-26 12:08:28

Ey gidi dünya !!!

t.ədalət 2021-11-26 11:37:19

Əli İnsanov günü keçmiş qocadır.Ahıllar cəmiyyəti yaradıb qocaların itirilmiş müalicə hüququ uğrunda mübarizə aparmalıdır.Onun ən pis cəhəti isə"müxalifət qurumu" adı altında ermənistan əsilli azərbaycanlıları başına toplamasıdır.Bu adamlar anlamalıdır ki,regionçuluq azarı sona yetməlidir.Eyni milləti nə qərər bölgələr üzrə təsnif etmək olar?

Eli 2021-11-26 02:29:25

Mence bunları Haqq ve Edalet yolunda birlikde Xalqa ve Dövlete qulluqdan daha çox,bunların İqtidara qarşı olma prindipi birleşdirib.Yoxsa Eli müellim rehmetlik Heyder Eliyevin zamanında bunları heç nazirliyin astanasına da yaxın qoymazdı.

Mubariz 2021-11-25 21:39:11

Bunlar hardan köç edib gelibler bu torpaqlara bilmirem.Lap şeytanlada muttefiqlik ederler agizlari ətə çatsin.Insanov qati rusvetxor korrupsioner klanbaz yerlibaz tayfabazin biridir.Ne emekdasliq edecekler....

Eli 2021-11-25 20:48:54

Eli İnsanov yaşlı insandır hörmet etmeliyik tebii,deyilenlere göre savadlı da mütexessis olub.Partiyasına da yaxşı ad qoyub:Haqq Edalet partiyası,gözel.Meni şexsen bir mesele maraqlandırır:Haqq Allahın adlarından biridir.Yeqin bu adı secmemişden qabaq Eli İnsanov Tövbe etmemiş deyil,axı onun da keçmişi ve işlediyi müddetde gördüyü işlerin hamusının Haqq yoluna uyğun olduğunu demek çox çetindir .Demek isteyirem ki,Haqq ve Edalet sözünün mesuliyyeti çıx böyükdür.

ya Əli 2021-11-25 20:34:58

üçüncü Əli hanı?

Son yazılar