Andranik cəhənnəmdə, tərəfdarları hürməkdədir

Etibar Əliyev, millət vəkili

Bir sürü erməni siyasətçiləri, tarixçiləri müxtəlif dövrlərdə millətçilik, irqçilik, türkfobiya mövqeyi nümayiş etdiriblər.

30 il torpaqlarımızı işğal altında saxlayan, bütün şəhər və kəndlərimizi yerlə-yeksan edən, insanlarımızı vəhşicəsinə qətlə yetirən, mədəni abidələrəmizi məhv edən bir millətin insanlığa sığmayan belə hərəkətləri daim xislətlərində yaşatdıqları irqi ayrı-seçkilik xəstəliyi hesabınadır. Torpalarılmızı erməni barbarların tapdağından qurtarandan sonra onlarda türkfobiya güclənib. Özlərini ağır nokdauna düşmüş boksçu kimi aparırlar.

Ermənistanda yaşadığım dövrlərdə məktəbdən eşidirdim ki, bunlar Türkiyə ərazində yerləşən Ağrıdağa da iddia edirlər və bu əzəmətli dağın adını Ararat qoymuşdular. Dünən oxudum ki, erməni irqçilərindən biri, Ermənistan parlamentinin keçmiş üzvü Zarui Postanjyan öz xalqının nümayəndələrinə “türk” deməklə guya onları aşağılamaq istəyib. Belə ki, o, eyham və ironiya dolu sözlərlə Ermənistan parlamentinin bir sıra üzvlərini türk olmaqda, onlardan "türk iyi gəlməsində" ittiham edir. Onları qorxaqlıqda və düşmən kimi "iy verməkdə" suçlayıb.

Keçmiş erməni deputatın bioqrafiyasından məlum olur ki, yaratdığı partiyanın devizi “Ararata doğru”dur. Əslində bu devizin özü bu “siyasətçidə” böyük türk xalqına qarşı nifrət və nevroz yaradıb. Bu hal bizlərə yeni deyil, ermənilər orta məktəb dərsliklərində də türkə qarşı nifrət aşılayırdılar. Müxtəlif saxta tarixlər uydururdular. Mən bunun şahidi olmuşam. Uşaqların beynini irqçiliyin radioaktiv tullantıları ilə zəhərləyirdilər. Görsənir ki, Zarui həmin dərsləri mənimsəyən ünsürlərdən biri olub. Və həmin dərslər bunun özünü qatı irqçiliyə yoluxdurub.

Bu mürtəce hərəkətlər yenə də onların başında çatlayacaq. Çünki DƏMİR YUMRUQ yerindədir. 

Yeri gəlmişkən, Zarui türkün düşməni Andranikin adına təsis olunmuş “Döyüşkən Andranik” mükafatını da alıb. Bütün bunlar Postanjyanı böyük bir xalqı təhqir etməyə vadar edib. Onun hərəkətlərinə qarşı bir ata misalımızı xatırlatmaq istəyirəm: “İt hürər, karvan keçər.”

P.S. Postanjyanın çərənləməsini qoyaq bir tərəfə, adicə olaraq, erməni ad və soyadlarına baxmaqla danılmaz bir həqiqətin şahidi oluruq. Hətta məşhur erməni əsilli rusiyalı rejissor Karen Şahnəzərov bir həqiqəti müəyyən mənada etiraf etmiş və özünün əcdadlarının türk olduğunu bildirərək onların sonradan erməniləşdiyini qeyd etmişdi...

635x100

Şərhlər

Meşəbəyi 2021-12-10 16:06:35

İt hürür, karvan keçmir...

Son yazılar