Menu

Bakıda davada qətl törədən şəxslər tutulub

29.11.2021, 12:25
Bakıda davada qətl törədən şəxslər tutulub

Paytaxtın Sabunçu rayonunda qətl törədən şəxslər saxlanılıb.

APA-nın xəbərinə görə, Sabunçu rayonunun “Komsomol dairəsi” kimi tanınan ərazisində kütləvi davada qətl törədən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.

DİN mətbuat xidmətindən APA-ya faktı təsdiq ediblər. Bildirilib ki, həmin şəxslər polis tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Qeyd edək ki, noyabrın 28-də Sabunçu rayonunun “Komsomol dairəsi” kimi tanınan ərazisində 2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Ürəyindən bıçaq zərbəsi alan F.Əliyev hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol