Menu

Saleh Rüstəmli azad ediləcək? - Zahid Oruc amnistiyanın ona şamil oluna biləcəyini açıqladı

29.11.2021, 14:23
Saleh Rüstəmli azad ediləcək? - Zahid Oruc amnistiyanın ona şamil oluna biləcəyini açıqladı

Həbsxanada 23 gündür aclıq aksiyası keçirən Gədəbəy rayonunun keçmiş icra başçısı, Başkəndin azad edilməsi əməliyyatına rəhbərlik etmiş Saleh Rüstəmov həbsdən azad edilə bilər.

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, onun fəaliyyəti xüsusi bir ictimai təhlükəli və ya dövlət, şəxsiyyət əleyhinə cinayət kimi tövsif olunmadığından bu məsələni hüquq-mühafizə və məhkəmə orqanları ilə xüsusi müzakirə edəcək.

Deputat qeyd edib ki, Zəfər amnistiyası S.Rüstəmova tətbiq edilə bilər: “Saleh Rüstəmov məsələsi ətrafında məlum partiyalar hədsiz siyasiləşmə durumu yaradıblar. Bundan əvvəlki dövrdə də müxtəlif şəxslərlə bağlı tətbiq olunan xoş məram və humanist mövqe Saleh Rüstəmov məsələsinə də şamil oluna bilər. Xüsusilə də nəzərə alsaq ki, hazırda biz Zəfər amnistiyası dövrünü yaşayırıq. Burda hansısa siyasi mövqeyə baxılmadan qərar verilir. Çünki amnistiya məhz qanunvericilik aktlarına tətbiq edilir”.

Bu baxımdan Komitə sədri bildirib ki, məsələni müvafiq dövlət orqanları ilə müzakirə edəcək.

"AzPolitika.info"

Şərhlər

rE 2021-11-30 03:42:26

Derd )))

miri 2021-11-29 18:03:37

Yaziq məmləkət, nə günə qaldı. Qarabağ qazisi, başkənd əməliyyatının qalibi şərlənnib zindana salınır. Hansısa bir şərlətan fala baxma nagılı ilə milləti yatızdırır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol