Menu

Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib

30.11.2021, 20:12
Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Zakari Qross hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

APA-nın xəbərinə görə, səfir bu barədə "Twitter"də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm” - paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol