Elçin Quliyevin mühafizəçisi jurnalisti yumruqladı - VİDEO

Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum edib.

Bakupost.az xəbər verir ki, hadisə tanınmış jurnalist, Baku.TV-nin əməkdaşı Tural Museyibov DSX-nin rəisi Elçin Quliyevdən açıqlama almaq istəyərkən baş verib.

R.Cahangirov T.Museyibovu itələyib, ərazidən uzaqlaşdırmaq istəyib, bu prosesi çəkən operatora isə yumruq atıb.

Rövşən əvvəllər "Space" və "Lider" Tv-də çalışıb.

Keçmiş media əməkdaşının özünü qoçu, qolu zorlu, zorba və kobud aparması ictimai qınaqla nəticələnib.

Qeyd edək ki, Rövşən Cahangirov müğənni Elnarə Xəlilovanın həyat yoldaşıdır.

635x100

Şərhlər

Niyaməddin 2021-12-02 10:21:00

Dərhal vəzifəsindən azad edilib, cinayət işi qaldırılmalıdır. Bu qədər özbaşınalıq, qudurğanlıq olar? Allah bunların kökünü kəssin!

RT 2021-12-02 07:31:10

Yeqin ki, evde bele meslehet olub )

elxan 2021-12-01 20:23:58

Muhafizeci?? Rusca desek predoxranitel?)))) Ozude Elnarenin yoldashi,yeni Roya ile Seidenin W trioda hemkari))) Garadagda kubik olsaydi bashima salardim)

Qulu 2021-12-01 20:12:50

Azpolitika müəllim. Qurd ürəyi yemisən qardaş?! Bu nədi işıqlandırırsan? Bə demirsən ki, ha .... xəbər tutar, Röşkanı göndərər, o da gəlib əngini qulağının dibinə qoyar? ..... Dogma vətənimizdə MANIS "ето ум, честь и совесть нашей еРОХи" Odur ki, halını başına yığ və bir də belə şeylərə giriftar olma qardaş. Özünə gəlmir bizə yazıgın gəlsin..

Qulu 2021-12-01 20:02:39

Mən də elə bilirəm ki, bu Roşka E.Quliyevə arxalanıb jurnalisti vurub. Demə ki, Elnarəyə arxalanıbmış. Belə olanda jurnalistlər hələ şükür eləsinlər, qurban kəssinlər ki, qol- qıçları, qabırğaları salamatdır. Şəxsən Elnarə mənim arxamda olsa mən nəinki jurnalistə hələ lap elə Elçin Quliyevə də kəllə araram. Bəsdirin ə.... Xırdaçılıq eləməyin ə.... Elnarədən ayıbdı.. Bəs bilmirsiz ki, bu ölkədə manıs kəsdiyi başa sorğu sual yoxdu. Hələ yaxşı ki, Aygünün, Röyanın əri deyil. Yoxsa indi qəbiristandan səsiniz gəlirdi....Şükür edin, Şeydə nəzir verin, Qurban kəsin...

boz 2021-12-01 19:02:46

Standart azərbaycanlı qudurğanlığı!

Rövşən 2021-12-01 18:49:13

"səviyyəsini" nümayiş etdirir!"bərəkallah"!

RR 2021-12-01 18:20:03

Malades !!!

Son yazılar