İran nüvə razılaşmasına dair sənəd layihəsini təqdim edib

İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair Vyanada aparılan danışıqlarda bu ölkənin nümayəndələri tərəfindən saziş layihəsi təqdim olunub.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Əli Bağıri bildirib.

“İran ədalətsiz sanksiyaların ləğvinə və nüvə proqramına dair ilkin mətnin öz variantını təqdim edib”, - o deyib.

İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planına (JCPOA) dair iyun ayındakı prezident seçkiləri ilə bağlı dayandırılmış danışıqlar bu il noyabrın 29-da davam etdirilib. Bu ilin aprel - iyun ayları ərzində planın iştirakçı ölkələri və ABŞ arasında İrana qarşı hansı sanksiyaların ləğv olunacağı, bu ölkənin nüvə proqramı ilə bağlı öhdəliklərinə qayıtmaq üçün atacağı addımlarla bağlı razılaşmalar əldə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar