Menu

ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

02.12.2021, 15:14
ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

“Report” xəbər verir ki, Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.

“Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol