Apellyasiya Məhkəməsinin üç hakimi yola salınır? – “Ədalətsiz qərarların sayı o qədər çox olub ki...”

Bakı Apellyasiya Məhkəməsinin üç məşhur hakimi – Habil Məmmədov, İlqar Murquzov və Həsən Əhmədovun səlahiyyətlərinə xitam veriləcək.

"AzPolitika.info" xəbər verir ki, bu barədə “gununsesi.info” saytının yaydığı informasiyada adıçəkilən hakimlərin hakim korpusunda ədalətsiz qərarları ilə seçildiyi vurğulanır. Qeyd olunur ki, hakim Habil Məmmədovun çıxardığı əksər hökmlərin qanunvericiliyə zidd olması barədə çoxsaylı faktlar üzə çıxıb. Bu faktların sayı o qədər çox olub ki, Prezident Administrasiyası daxil olan şikayətlərlə bağlı Ədliyyə Nazirliyini bilgiləndirib.

Məlumatda bildirilir ki, Ali Məhkəmə hər üç hakimlə bağlı xüsusi qəradad çıxararaq, Məhkəmə-Hüquq Şurasına yollayıb. "Bu, Ali Məhkəmənin adıçəkilən şəxslərlə bağlı ikinci qəradadıdır. Məhkəmə-Hüquq Şurası hər üç hakimlə bağlı iltizam icraatı başladıb", - xəbərdə vurğulanır. Qanunvericiliyin tələbinə görə, barələrində iltizam icratı başladılan hakimlər məhkəmə orqanlarından uzaqlaşdırılmalıdır.

"AzPolitika.info"

635x100

Şərhlər

Seyid Ənhu 2021-12-03 17:35:40

YÜZLƏRLƏ İNSAN HƏYATINI CƏHƏNNƏMƏ ÇEVİRMİŞ BU KİMİ HAKİMLƏRİ SADEƏCƏ İŞDƏN KƏNARLAŞDIRMAQLA KİFAYƏTLƏNMƏK ƏDALƏTİN QEYBƏ ÇƏKİLDİYİ BİR TOPLUM DAXİLİNDƏ BAŞ VERƏ BİLƏR. BU İNSANLARI ZÜMRƏLƏRƏ BÖLMƏK, SİNİFLƏRƏ AYIRMAQDIR. BU İRQÇİLİKDİR. AYRI-SEÇKİLİKDİR. BU ALİ SİLK NÜMAYƏNDƏLƏRİNİN TOXUNULMAZLIĞIDIR. BU CƏZA DEYİL, ONSUZDA İMANINI İTİRMİŞ HAKİMLƏRİ TOPLADIQLARI SƏERVƏTLƏR VƏ TÖRƏTDİKLƏRİ CİNAYƏTLƏRLƏ BİRGƏ HİMAYƏ ALTIA ALMAQDIR...

Vətəndaş 2021-12-03 17:22:16

Su başdan bulanıqdır.Təftiş edilsə çox məsələlər üzə çıxar.Nazirlikdən və Ali məhkəmənin rəhbərliyindən başlamaq nəticə verə bilər.

t.ədalət 2021-12-03 15:03:55

Apelyasiya məhkəməsi sonda kimin pulu çoxdur onun istəyini qanuniləşdirmək üçün yaradılıb.

Eli 2021-12-03 14:45:12

Göresen bizim hüquq mühafize orqanları içerisinde neçe nefer mövcud qanunları pozmadan fesliyyet gösterir.

Son yazılar