2022-ci il üçün yaşayış minimumu müəyyənləşdi

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2022-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.

Milli Məclisin iclasında, həmçinin 2022-ci il üçün ehtiyac meyarının həddi də təsdiqlənib. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyən edilib.

Bu qanunlar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

635x100

Şərhlər

Təklərə hesab 2021-12-03 18:19:34

193/30=6,43 və 176/30=5,87 azn/gün

pensiyaçı 2021-12-03 18:07:03

176 manatı pensiyaçı yeməyinə, kommunal xərclərinə, dərmanlarınaq, əyin -başına necə çatdırsın?! Bunu təyin edənlər görıüm 176 maqnatla yaşaya bilərlər?! Bir vicadanınız olsun!!!

t.ədalət 2021-12-03 17:45:35

Bu müəyyənləşmə mizerdir....

Son yazılar