Türkiyənin havadakı yeni gücü - "Bayraktar Akıncı" PUA-lar ordunun sərəncamında

Səlçuk Bayraktarın rəhbərlik etdiyi "Baykar" Şirkətinin 2021-ci ildə istehsal etdiyi "AKINCI" PUA-ları Türkiyə Silahlı qüvvələrinə təslim edilib. Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Üç ədəd Akıncı PUA Çorludakı Komandanlığımızda yoxlama və qəbul fəaliyyətlərini tamamladı. Xidmətə başlayacaq "AKINCI" PUA-ları ilə Quru Qoşunları Komandanlığımıza uğurlar arzu edirik", - deyə MMN-nin məlumatında qeyd olunur.

Xatırladaq ki, "Baykar" Şirkəti tərəfindən yerli və milli qaynaqlarla istehsal edilən "Bayraktar AKINCI" PUA 22 aprel 2021-ci ildə ilk atış sınağını müvəffəqiyyətlə başa vurub.

"Baykar"dan edilən açıqlamada isə, "Mehmetçikin yeni gücü "Bayraktar Akıncı" PUA-lar göyüzündə dastan yazmağa hazırdır! Ölkəmizə, millətimizə xeyirli olsun!" deyilib.

635x100

Şərhlər

Mirzə Qafarlı 2021-12-04 08:26:22

Uğurlarına sevinirik, qardaş Türkiyə. Uğurlarınız davamlı olsun!

Son yazılar