Menu

Çalhanoğlu künc zərbəsindən fərqləndi - VİDEO

05.12.2021, 10:45
Çalhanoğlu künc zərbəsindən fərqləndi -  VİDEO

İtaliya A Seriyasının 16-cı turunda “Roma” evində “İnter”i qəbul edib. Oxu.Az xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

15-ci dəqiqədə “İnter”in türkiyəli ulduzu H.Çalhanoğlu künc zərbəsindən topu birbaşa qapıya göndərib. Qonaqların növbəti qolunu 24-cü dəqiqədə Edin Ceko qapıdan keçirib. 39-cu dəqiqədə D.Damfrays ilk hissəsinin və ümumilikdə oyunun yekun hesabını müəyyənləşdirib.

16 turdan sonra “İnter” 37 xalla ikinci pillədə qərarlaşıb. 25 xala sahib “Roma” isə hazırda beşinci pillədədir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol