Menu

Ermənistanda hakim partiyanın deputatı icma rəhbərini təhqir edərək hədələyib

05.12.2021, 11:42
Ermənistanda hakim partiyanın deputatı icma rəhbərini təhqir edərək hədələyib

Ermənistan Milli Məclisinin hakim partiyadan olan deputatı Rüstəm Bakoyan Tlik icmasının rəhbəri Slavik Saloyanı təhqir edərək hədələyib. “Report” xəbər verir ki, bu barədə “Politik.am” yazıb.

İcmada öz namizədi olan Dövlət Dumasının deputatı S.Saloyana təzyiq göstərməyə çalışıb. Bakoyan hətta dəstək üçün kriminal avtoritetlərə müraciət edib.

Qeyd edək ki, bu gün Ermənistanın 7 rayonunda yerli özünüidarə orqanlarına seçkilər keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol