Menu

Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər və xəsarət alanlar var - FOTOLAR

05.12.2021, 14:58
Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər və xəsarət alanlar var - FOTOLAR

Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.

Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

GƏNCƏ 2021-12-09 11:05:36

Ay valideynlər sözünüzün kəsəri olsun.Geri zəkalı usaqlarınıza sahib çıxın!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol