“BAYRAKTAR” QARABAĞDA DAHA NƏLƏRİ VURUB? - Rusiyanın bu komplekslərini də məhv edib

“Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv edib. virtualaz.org xəbər verir ki, bu barədə məlumat hələ sentyabr ayında, 44 günlük müharibənin başlamasının ildönümündə “oryxspioenkop.com” adlı saytda yer alıb. Türkiyə və Rusiya qaynaqları isə ona indi diqqət yetiriblər.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar. 

Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə hətta S-300PS, “Buk-M2”, “Tor-M2”, “Pantsir-S1” kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin hətta “Avtobaza-M”, “Repellent-1”, “Borisoqlebsk-2”, “Qroza-S” , “Piramida-1” kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraktar”lar qarşısında aciz qaldığını göstərib.

Nəticədə “Bayraktar”ların hətta ən qabaqcıl ölkələrin Hava Hücumundan Müdafiə qüvvələrini zərərsizləşdirmək üçün işlənib hazırlanan həmin sistemləri məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, bu sistemləri istehsal edən Rusiya şirkətlərini də şoka salmalıdır. Fakt budur ki, nisbətən yüngül və baha olmayan PUA belə sistemlərdən nəinki yayına bilir, üstəlik onları axtarıb tapır və məhv edir. Bu da yeni nəsil müharibə deməkdir.

Qeyd edək ki, “Bayraktar”ların Qarabağda Ermənistan ordusuna məxsus “Repellent-1” (həmin qurğuların döyüş əməliyyatları ərəfəsində Qarabağa gətirildiyi bildirilirdi) radioelektron mübarizə komplekslərini məhv etdiyi bəlli idi. Lakin “Avtobaza-M”, “Qroza-6”, (bu kompleksi Belarus istehsal edir) “Borisoqlebsk-2” və “Piramida-1” radioelektron mübarizə sistemlərini də zərərsizləşdirdiyi haqda ilk dəfə danışılır. Hansı ki, “Avtobaza-M” istisna olmaqla həmin sistemlərin Ermənistana rəsmən satışı barədə heç nə məlum deyildi.

635x100

Şərhlər

B.Qarabağlı 2021-12-07 12:47:45

Azı 28 illik biabırçı iişğaldan sonrakı Zəfər affekti saysız reabilitasiya məsələlərinin ətraflı təhlili və səmərəli həllinə daxilı və beynəlxalq zəmanət vermir? Əksinə, pozur. Bayraktarın nə məhv etdiyinin otuz il itirilmişlərin bir-bir reanimasiyasına nə dəxli var? Hüquq barometri göstərir ki, hərbi soyqırımla iyirmi minə yaxın azərbaycanlı vəhşicəsinə məhv edilib, yüz minlərlə ailələrini 20%dən çox öz tarixl-əzəli yurdundan qovulub? Ermənistanın bir qarış torpağına da toxunulmayıb və Azərbaycan vətəndaş olmuş və sayılan on minlərlə erməni əsilli kütləvi qətl cinəyatkardan heç biri mühakimə edilib, cəzasını çəkmir?

Vuqar Memmed.oglu 2021-12-06 23:42:52

Rusun hədə qorxusu artıq effektli deyil,UK AMERİKANİN dəstəyilə əməliyyata başlasa RF biabirciliqla məğlub olacaq!!!

Müsafir 2021-12-06 23:00:36

Dünya elmi çoxdan analoq üzərində işləyib, daha mükəmməlini yaradır! Ehtimal ki, bizim hərbçilər Rusiya Hərbi Elminə töhfə vermək istəyirlər? S-400 lə Türkiyə də təsdiq edib ki, Rusiya ümum-texniki və xüsusi-texnoloji sahədə onlarla dəfə imkanlı və hədsiz güclüdür1

t.ədalət 2021-12-06 20:45:23

Hazıreda Rusiya elm və təhsil sahəsində çox geridə qalıb

Son yazılar