“NAZİRLİYİN MƏRKƏZİ APARATINDA DEMƏK OLAR MÜTƏXƏSSİS YOXDUR” – “Dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə təyin olunublar”

Millət vəkili, təhsil eksperti Etibar Əliyev “Yeni Sabah” saytına geniş müsahibə verib.

Maraqlı müsahibəni təqdim edirik:

- Etibar müəllim, Əziz Sancar Bakıya gəldi. Azərbaycanda hər kəs onunla görüşmək üçün növbəyə düzüldü ki, Sancarla ünsiyyətdə olsun, şəkil çəkdirsin və s. Azərbaycanın belə bir potensialı varmı ki, yaxın gələcəkdə onun kimi istedadlı bir elm xadimi yetişdirsin. Hazırkı təhsil, şərait buna imkan verirmi?

- Bilirsiniz ki, Nobel mükafatları 1901-ci ildən Fizika, Kimya, Fiziologiya və Tibb sahəsindən, 1969-cu ildən isə iqtisadiyyat sahəsindən verilir. Əslində, bu mükafatlara layiq görülmək çox çətindir. Uzun müddət gərək, elmlə dostluq edəsən. Əziz Sancarın təbirincə desək, “mən 40 il DNT-nin arxasınca getdim və nəhayət, DNT mənə Nobel mükafatını qazandırdı”.

Elm fasilə tələb etmir, elmdə fasilə vermək olmaz. Siz görürsünüz, bizim alimlərimizin müəyyən dövrdəki böyük kəsimi - riyazyiyyatçılar, fiziklər, kimyaçılar və digər elm sahəsinin nümayəndələri siyasətlə məşğul olmağa başladılar və elmdən ayrıldılar. Yenidən elmə qayıdanda isə elm, artıq insanı bağışlamır.

Hazırda ən çox nobelçilər Amerikada yaşayır. Maraqlı bir şey də deyim ki, I Dünya Müharibəsinə qədər cəmi 10 Amerika alimi Nobel mükafatı almışdı. II Dünya Müharibəsindən sonra Amerikaya beyin axını başladı və bu ölkə nobelçilərin vətəninə çevrildi. Əziz Sancar, Əhməd Zevayl, Əbdüs Salam da həmin sıryaya daxildir.

“O potensial hazırda bizdə yoxdur”

Siz görmüsünüz ki, amerikalı bir alim, Nobel mükafatı laureatı prezidentliyə, yaxud qubernatorluğa özünün namizədliyini versin? Yox, onlar heç zaman elmə xəyanət etmirlər. Onlar başlanğıc olaraq elmə qoşulublarsa, sona qədər də elmdə külüng döyəcəklər.

Maraqlı bir məsələni də demək istəyirəm. Mən Əziz Sancardan soruşdum ki, Nobeli birgə aldığınız digər iki alimlə əlaqəniz varmı? Pol Modriçlə və Tomas Lindalı soruşdum. O mənə çox gözəl cavab verdi. Dedi onlarla əlaqəm var, lakin onlar əməkdə deyillər. Yəni elm əməkdir. Deyir, mən əməkdə qaldım, ancaq onlar əməkdə deyillər.

Başqa bir məsələni deyim. Bəzi KİV-də yazırlar ki, Nobelin alternativi yaranacaq və s. Bu mümkün olan bir şey deyil. 1901-ci ildən bu günə qədər Nobel mükafatları verilir. Düzdür, mən də o istiqamətdə kitab yazmışam və indi üzərində işlədiyim “Elm tarixi” kitabında da nobelçilərə xüsusi yer vermişəm. 120 ildir çalışıblar, amma onun alternativini yarada bilməyiblər. Sadəcə riyaziyyatdan Filds medalını yaratdılar, hansı ki, o da elm sahələri üzrə Nobel qədər nüfuzludur. Onun vəsaiti, verilən mükafatın məbləği Nobeldən çoxdur. Təxminən 1 milyon 400 min dollardır.

Nobel isə 1 milyon 200 min civarındadır. Nobel mükafatına yetişmək üçün böyük elmi potensial, laboratoriyalar, alimlərin birgə çalışmaları olmalıdır. Əziz Sancarın təbirincə desək, alimlər birgə əməkdə olmalıdırlar. Alimləri birləşdirən klubların olması olduqca vacibdir. Eyni zamanda alimlərə vəsait ayırmaq lazımdır ki, onlar xarici ölkələrdə elmi təcrübə keçsinlər. Alim mobilliyi hazırda dünyada çox mühüm bir yer tutur. Rusların ən böyük fiziklərindən biri olan Pyotr Kapitsa açıq şəkildə etiraf edirdi ki, mən Kavendiş laboratoriyada işləməsəydim, fizika sahəsində Nobel mükafatını ala bilməzdim.

- Azərbaycanda Əziz Sancar kimi alimin yetişmə ehtimalına qayıdaq...

- Mən Sancara təşəkkür edirəm ki, o, məhz çalışdığı elm sahəsi olan molekulyar biologiyadan bir və ya iki nəfəri aparıb yanında tətqiqatlara cəlb etmək istəyir. Sualınıza yarımçıq da olsa, deyəsən cavab verdim. O potensial hazırda bizdə yoxdur. Bu yalnız və yalnız Azərbaycanın gənc alimlərinə dəstək hesabına mümkün ola bilər. Onlara maddi və mənəvi dəstək verməklə, onları dünyanın aparıcı universitetlərində tətqiqatlara cəlb etməklə buna nail ola bilərik.

Bəli, Azərbaycandan Massaçusets Texnologiya İnstitutunda oxuyan bizim tələbimiz var. Abutalıb Namazov orada oxuyur. Mən onu uşaqlıqdan tanıyıram və o uşaq vaxtlarından elmə həvəsli idi. Nobelçi fizik Riçard Feynman deyirdi ki, elm uşaqlıqdan qanımda qaynayır. Abutalıb o istedad və bacarığı gerçəkləşdirə bildi. Mən düşünürəm ki, onun çox böyük gələcəyi var.

Burada, artıq ibtidadi təhsil pilləsindən istedadlı uşaqları seçmək lazımdır. İbtidai təhsil pilləsindən onları rəğbətləndirmək lazımdır. İndiki bizim dərsliklər, müəllim potensialı, ali məktəblərdə təhsilin keyfiyyəti və elmi mühitlə Nobelə yaxınlaşmaq çox çətindir.

 Fərdi əməklə o səviyyəyə çatmaq mümkün deyilmi?

- Bəli, fərdi əməklə mümkündür. Yenə də mühit çox mühüm rol oynayır. Məsələn, mən bir nümunə də göstərə bilərəm - Əhməd Zevayl nümunəsi. Misirli kimyaçı olub və 1999-cu ildə kimyadan Nobel aldı. O, deyirdi ki, mən həyətimizdə bir laboratoriya düzəltmişdim və dərsdən sonra gəlib orada reaksiyalar aparırdım. Amma buna baxmayaraq, yenə də Amerika mühiti onu Nobelə apardı.

Əziz Sancarın özü ilə də söhbətlərdən görürük ki, bəli, o mühit onu Nobelə gətirib çıxarıb. Burada birmənalı kəşf olmalıdır. Yenə də təkrar edirəm, mən o mükafatın, o klubların vəkili deyiləm, ancaq o sahələrdə mütləq elmi kəşf olmalıdır. Ola bilsin ki, bir kəşfin aktuallığı, tətbiqi əvvəlki illərdəki kəşflərdən güclü, yaxud zəif olsun.

Məsələn, ötən əsrin 60-cı illərində Volqanq Pauli demişdi ki, neytrino adlı elementar zərrəciyin kütləsi var, lakin onu tapa bilmirdilər. Axırda onu 50 ildən sonra yaponlar tapdı. Nəyin hesabına tapdılar? O laboratoriyaların hesabına. O laboratoriyalar çox bahalıdır. Biz Azərbaycanda bu gün elmə, ÜDM-nin 0,2%-ni ayırırıq. Təxminən elmə 200 milyon manat pul ayrılır ki, bunun 133 milyon manatı Elmlər Akademiyasının payına düşür. Söhbət vəsaitin artırılması ilə nəticənin əldə olunmasından gedəcəksə, bunun özü olduqca çoxlu suallar doğurur. Məsələn, elmə ayrılan vəsait İsraildə 5%, Finlandiyada 4%-dir. Amma bunlar nəticə əsaslı vəsaitlərdir. Bu vəsaitlər nəticə verir.

“Nobel sülh mükafatına ən real namizəd İlham Əliyev idi”

Bizə bəzən deyirlər ki, filan ölkədə müəllimin əməkhaqqı 4-5 min avrodur. Bizdə isə bu əməkhaqqı həddindən artıq kiçikdir. Ancaq siz həmin ölkələrin müəllimlərinin uğurlarına baxın. Finlandiyanı götürək. Ən çətin, 15 yaşında olan uşaqlar üçün PISA proqramında ya birinci, ya da ikinci yeri tuturlar. Söhbət bundan gedir.

- Bizdə təfəkkür məsələsi də var. Mənə elə gəlir ki, bizdə elm adamları o qədər də maraqlı deyillər. Azərbaycanda Nobelə iddialı olanlar olub. Məsələn, neçə dəfə Şeyxin adı çəkilib. Yəni biz o səviyyədən yuxarı qalxmamışıq...

- Burada maraqlı bir məsələ var. Şeyxin Nobelə namizədliyi sülh üzrə ola bilər. Sülh üzrə mükafatlandırmada xeyli yanlışlıqlar olub. Sülh üzrə Kofi Annan, Mixail Qorbaçov, Malala, Beynəlxalq təşkilatlardan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı alıb. Kofi Annan nəyə görə alıb? Bütün dünyada sülhün bərqərar olunmasındakı roluna görə. BMT-nin bizimlə bağlı 4 qətnaməsinin icrasında Kofi Annanın rolu oldumu? Mixail Qorbaçova isə Bakıda törətdiyi qırğın ilində verdilər. 

- Onlarla müqayisədə bizim Şeyx…

- Fikrimcə, bu il sülh sahəsində mükafatın ən real namizədləri cənab Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olmalı idi. Gəlin baxaq, sülh sahəsində Vyetnam müharibəsində guya ədalətli sülh əldə olunmuşdu və Nobel mükafatı Amerikanın Dövlət katibi Henri Kissincerə verilmişdi. Yaxın Şərqdə neçə nəfərə Nobel mükafatı verilib.

Lakin mən düşünürəm ki, bu bölgədə sülhün əldə olunmasında, eyni zamanda erməni faşizminin kökünün kəsilməsində iki şəxs - İlham Əliyev və Ərdoğan bu mükafata ən layiq namizəd idilər və onlara verilməli idi. Fikrimcə, yaxın vaxtlarda Nobel Sülh Komitəsi bunu nəzərə ala bilər. Əslində, bunun özü Nobel Sülh Komitəsi üçün başucalığı gətirən bir məsələ ola bilər.

“Kadr siyasətində yanlışlıqlar olub”

- Etibar müəllim, siz beyin axını söhbətindən də söz açdınız. Qeyd etdiniz ki, Əziz Sancar 60-70-ci illərdə Amerikaya beyin axını nəticəsində gedən insanlardan biri idi. Məsələn, Azərbaycanda da Nobelə potensial nazimədlərdən biri rəhmətlik Lütfizadə idi. Siz necə fikirləşirsiniz, əgər Azərbaycandan elə bir şəxs beyin axını ilə Amerikaya getsə və gələcəkdə Nobel mükafatı qazansa, bu Azərbaycanın qələbəsidir, yoxsa bizim itkimiz?

- Burada maraqlı bir nümunə var. Nümunə ondan ibarətdir ki, ən böyük fizikaçılardan biri Bakıda doğulub – Lev Davidoviç Landau. O, 14 yaşında iki ali məktəbə daxil olub. Amma onun sadəcə bioqrafiyasında yazırdılar ki, Bakıda doğulub. Landau uşaq yaşlarından sualları ilə müəllimlərini çıxılmaz vəziyyətə salırdı. Buna görə də ona tövsiyə etdilər ki, Leninqrad Dövlət Universitetinə üz tutsun. O getdi və 27 yaşında akademik oldu.

Beyin axınının əsas səbəblərindən biri alimlər üçün münbit şəraitin olmamasıdır. Hər bir şəxs özünün potensialını bilir. Gənc yazıçı da, fizik da, riyaziyyatçı da, iqtisadçı da bunu bilir. Sadəcə onun zəkası üçün şərait olmalıdır.

XX əsrin ən böyük fiziklərindən biri pakistanlı Əbdus Salamdır. O, Kembric Universitetinin nümayəndəsidir, ancaq onun Pakistana verdiyi insan kapitalı, dünya yaşadıqca Pakistanın tarixində qalacaq. 500-dən çox fizik və riyaziyyatçı yetişdirdi. Əbdus Salam bütün vəsaitini gənc pakistanlı alimlərin yetişməsinə sərf edirdi. Nəticədə, Pakistandan bu gün dünyanın aparıcı universitetlərində xeyli sayda böyük alimlər var.

Mən hesab edirəm ki, Lütfizadə də gənc alimlər yetişdirsəydi, yaxşı olardı. Əziz Sancarın missiyası təqdir olunmalıdır. Ancaq molekulyar biologiya bizim universitetlərdə necə tədris olunur? Əlbəttə ki, bu onu qane edə bilməz. Hansı səviyyədən başlayacaq?

Bizim məktəblərin ən ciddi problemi uşaqlarda anadangəlmə mövcud olan istedadları aça bilməməsidir. Bu olmadığına görə uşaqlar sinifdən-sinifə adladıqca istedadlar sönməyə başlayır. O ölkələrdə dahilər yetişir ki, uşağın istedadını zamanında aşkarlaya bilirlər. Məsələn, hər il Çinin məzun şagirdlərinin sayı 21 milyon olur. Çin məktəbi çalışır ki, hər bir şagirdin potensialını aça bilsin. Bu potensial fizikadırsa, uşaq fizika sinfində oxumalıdır. Məktəb divarına şəklini vurub yazırlar ki, bu şəxs fizik olacaq.

Əziz Sancarın çox maraqlı bir şəkli var, belə ki, onun ətrafında 10 tələbə var və onun 5-i çinlidir. Olimpiya oyunlarında Amerikayla daban-dabana kim gedir? Əlbəttə ki, Çin. Dünya Fənn Olimpiadalarında mütləq birinciliyi onlar əldə edirlər. Bəs, deyirlər orada əhali çoxdur. Hindistan və Avropanın əhalisini götürsək, Çininkindən çoxdur, amma hanı? Potensial açılmır.

Bu gün təhsilimizin və elmimizin qarşısında duran ən ciddi problem uşaq və gənclərdəki potensialı aça bilməməkdir. Mən sizə Anri Puankare nümunəsini gətirim. Bütün dövrlərin ən böyük riyaziyyatçısıdır. 4-cü sinifdə müəllimi ailəsindən sorurşur ki, bu uşaqdan nə gözləyirsiniz? Ata-anası deyir ki, o musiqiçi olacaq, musiqi duyumu güclüdür. Müəllimləri deyir ki, yox, bəşəriyyətin ən böyük riyaziyyatçısı yetişir. Türkiyənin YÖK başqanı gəldi və qeyd etdi ki, bizim birgə universitet layihəmiz var. Hansı ki, sizin saytınızda oxumuşdum bunu. Olsun, amma var olanları, mövcud olarkən müəyyən reytinqə malik olan universitetləri biz uçuruma yönəltmişik. Kadr siyasətində yanlışlıqlar olub, beyin axını universitetlərimizi zəiflədib. Universitet rəhbərlərinin böyük əksəriyyəti kitabxana qura bilmir. Universitet rektoru savadlı olmalı, universitetin mahiyyətini başa düşməlidir.

“Axilles heç vaxt tısbağaya çata bilməyəcək”

Antik filosof Zenonun bir aporiyası var: Axilles heç vaxt tısbağaya çata bilməyəcək. Halbuki Axillesin addımları 2 metr, tısbağanın addımları millimetr. Çünki tısbağa Axillesdən 2 min kilometr aralıdadır. İkisi də yeriyir, amma tısbağa qabaqdadır.

UNEC İqtisadi Forumu göstərdi ki, həqiqətən də gənclərdə elmə motivasiyanı gücləndirmək üçün Aziz Sancar, Məsud Əfəndiyev kimi alimlərimizlə tələbələri tez-tez görüşdürmək lazımdır. Bunun ayrı yolu yoxdur.

- Siz elm adamısınız. Bayaq dediniz ki, alimlər siyasətə qatılmırlar, çünki bunu ağıllı iş hesab etmirlər. Siz də elm adamıydınız, lakin siyasətə qatıldınız. Niyə?

- Mən, açığı siyasətə tam qurşanmamışam. Deputat olmaq siyasətin ortasında olmaq deməkdir, ancaq jurnalistlər konkret olaraq məndən elm və təhsil üzrə suallar soruşurlar. Daha çox politoloqlar, sosioloqlar, tarixçilər siyasətdən danışırlar. Əslində bu istiqamətdə verilən suallara biz də cavab verə bilərik. Lakin məşğul olduğumuz sahə daha genişdir. Parlamentdə 9 partiya təmsil olunur. Onlar daha çox siyasətlə məşğuldurlar.

Biz deputat olaraq elm, təhsil, mədəniyyət siyasəti ilə də məşğul oluruq. Siyasətin özü də bir peşədir, ancaq hesab edirəm ki, insan təfəkkürünun və insan kapitalının inkişafında təhsilin əvəzini heç nə vermir. Bütün bilgilər, o cümlədən siyasi bilgilər də təhsildən qazanılır. Bizim gənc nəslin humanitar elmlərə marağı daha çoxdur. Ancaq təməl elmlərə üstünlük verilsə, daha yaxşı olar.

Bu gün təhsil normal mütəxəssis yetişməsi prosesində aciz görsənir. Aciz görsənməyin çoxlu səbəbləri var. Bu, gender bərabərliyinin pozulması ilə, proqramların ağırlığı ilə, dərsliklərin dövrün tələblərinə cavab verməməsi ilə bağlı ola bilər. Məktəbdə müəllimlərin, direktorların böyük kəsimi qadınlardır. Elmə gələnlərin də böyük əksəriyyəti hazırda qadınlardır. Müəllimimiz Şahlar Əsgərov qeyd edir ki, bir dissertasiya müdafiəsində gördüm ki, orada opponentlər də qadınlar idi, sual verənlər də qadın idi.

“Mən sübut da edərəm ki, elm niyə kişi sənətidir”

Mən bir şeyi desəm, yəqin ki, qadınlar inciməz. Əslində bütün dünyada elm kişi sənəti sayılır və elmlər o ölkələrdə inkişaf edir ki, elmlə təhsilin vəhdəti güclüdür. Mən sübut da edərəm ki, elm niyə kişi sənətidir. Fizika üzrə Nobel mükafatını cəmi 4 nəfər qadın, kimya üzrə 4, fiziologiya və tibb üzrə isə 5 qadın alıb. Söhbət hər sahədə 150-dən çox laureatdan gedir.

Məsələn, bir dəfə bizdə gender bərabərliyi ilə bağlı müzakirə var idi. Dedilər çox sevindirici haldır ki, fəlsəfə proqramı üzrə doktoranturaya daxil olanların 100%-i qadındır. Qadın filosof yoxdur axı. Mən bir qadın filosofun, qadının adını çəkə bilərəm, o da Hanna Arentdir. XX əsrin ortalarında yaşayıb və yaxşı əsərlər yaradıb.

İndi bunu belə deyirik, deyirlər ki, nə fərqi var, müəllim müəllimdir, ancaq mən yenə də deyirəm ki, elm, əslində, tarixən kişi sənəti olub. Lakin elə qadın olub, elə bir göstəriciyə imza atıb ki, heç bir kişidə belə göstərici yoxdur. Bu, Mariya Küridir, hansı ki, 2 dəfə Nobel mükafatı alıb. 1907-ci ildə kimyadan, 1911-ci ildə fizikadan. İki böyük elm sahəsi üzrə.

Siz özünüz də şahid olursunuz ki, biz müxtəlif elm yarışmalarında iştirak edirik, nazirlik inşa müsabiqələri keçirir və s. Görürük ki, qızlar oğlanlardan daha aktivdirlər. Qızlar daha çox oxumağa meyl edirlər. Bunun özü də dövrün məziyyətlərindən irəli gəlir. Ola bilsin ki, oğlanlar İKT alətlərindən çox istifadə edirlər, nəinki qızalar. Hələ biz indiyə qədər şagirdlər və tələbələr üçün normal dərslik yaza bilmirik. Tərcümə dərslikləri yoxdur. Məsələn, bir dəfə bir universitetə getmişdik. Soruşdum ki, riyaziyyatı nədən tədris edirsiniz? Kitab göstərdilər, mən universitetə daxil olan ilin – 1980-ci ilin dərsliklərindən tədrisi aparırlar. Riyaziyyatın tədrisi dəyişib artıq. O vaxtı texniki ali məktəblər üçün başqa, humanitar ali məktəblər üçün isə tamam başqa riyaziyyat var idi. Ən dəhşətli şey nədir? Universitetlərdə bizim vaxtımızda cəfəngiyyat bir elm tədris edirdilər – dialektik materializm. Heç bir predmeti olamayan elm idi. İndi fəlsəfənin yerinə onu tədris edirlər. Bu o deməkdir ki, biz bütün bacarıqsızlıqları və qabiliyyətsizlikləri gəncliyin üzərinə qoya bilmərik. Burada ən çox məsuliyyəti müəllimlər daşıyır. Müəllimin özü yeni biliklərlə maraqlanmırsa, yeni paradiqmalarla tanış deyilsə, o, öz üzərində çalışmırsa, tələbəyə köhnə bilikləri verə-verə gedirsə, mən düşünürəm ki, biz Nobel kimi nüfuzlu mükafatlardan bir o qədər də aralanırıq.

“Müəllimlərin əməkhaqlarında artım mütləq olmalıdır”

- Müəllim hazırda aldığı maaşla normal təhsil verə bilərmi?

- Ali məktəb müəllimlərininin maaşları, mən hesab edirəm ki, yüksəldilib.

- Mən bünövrədən, ibtidai və orta məktəb müəllimlərindən danışıram.

- Azərbaycanda müəllimlərin böyük kəsimi repetitorluqla məşğuldur. Repetitorluq çox maraqlı mövzudur. Hər bir ölkə üçün onun özünəməxsus xarakteri var. Məsələn, Koreyada ÜDM-nin 2,5%-i repetitorluğa xərclənir. Almaniya ilə Fransada təxminən 2,5 milyard avro, amma Finlandiyada bu rəqəm sıfırdır, yəni repetitorluğa vəsait xərclənmir. Nəyə görə? Bütün dərslər məktəbdə verilir və müəllimin üzərinə böyük məsuliyyət qoyulur ki, sən proqramı yerinə yetirməlisən və nəticə olmalıdır.

Təxminən bir il ərzində Azərbaycan vətəndaşları repetitora 200 milyon manatdan çox pul xərcləyir. Hər ailədən 300 manat civarında pul xərclənir.

Müəllim dövlətin ona verdiyi əməkhaqqının müqabilində normal dərs keçmir, ancaq vətəndaşın verdiyi vəsaitə canla-başla yanaşır. Ona görə də hamı deyir mən müəllim yanına getmişəm. 700 bal toplayan da, 600 toplayan da, eləcə də 300 toplayan da bunu deyir. Azərbaycanda repetitor təhsilinə müəyyən sərbəstlik verilibdir. Düzdür, Qərbdə bundan vergi tələb edirlər, amma bizdə müəllimin vəziyyəti nəzərə alınaraq, bunlar tətbiq olunmur. Ancaq buna baxmayaraq, o bu sərbəstlikdən sui-istifadə etməməlidir və məktəbdə də normal dərs keçməlidir.

Artıq ibtidai sinifdən 11-ci sinifə qədər uşaqlar repetitor yanına gedir. Vətəndaş əməkhaqqını alan kimi, dərhal pulun uşağının hazırlığa aid olan hissəsini kənara qoyur. İndiki büdcədə təhsilə ayrılan vəsait xeyli dərəcədə artıb, ancaq buna baxmayaraq, fikrimcə bütün hallarda müəllimlər keyfiyyətli dərs deməlidirlər və bununla da peşələrinə hörmət etməlidirlər. Mən yenə qeyd edirəm ki, müəllimlərin əməkhaqlarında artım dəyişiklikləri mütləq olmalıdır.

“Təhsil Nazirliyindəkilər dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar”

- Etibar müəllim, Azərbaycan təhsilindən gözləntiləriniz nədir? Təhsil Nazirliyi və onun tabeçiliyində olan müəssisələrə xeyli gənc kadr təyin olunub...

- Mən onların iş prinsipini başa düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil Nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və layihələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur. Mən istəmirəm ki, təhsilimiz son illərdəki inkişaf yolundan sapınsın. Sorosun, başqa fondların dəstəyi ilə oxumaq da olar, ancaq təhsilimizin millilik elementi silinə bilməz. Ölkələr milli təhsil sistemləri ilə öyünürlər. Cidanı çuvalda gizlətmək olmaz. Təyinatlara diqqət edin: Gəncə şəhərində aqrar ixtisasa sahib olan bir adamı təhsil şöbəsinə müdir qoyublar. Yaxud bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər. Bakı Şəhər Təhsil İdarəsində insan resursları şöbəsinə müdir vəzifəsinə Fövqəladə Hallar Nazirliyi orqanlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru müavini olmuş 3 qadını da direktor təyin etdirib və bu işləri yüksək səviyydə bacardığına görə Bakı Şəhər Təhsil İdarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?

Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı Şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir.

Bütün bu informasiyaları, baş verən bu qanunsuzluqları mənə dəqiqliklə İctimai Şuranın üzvü olarkən verirdilər. Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsilə qeyri-ciddi və qeyri-peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır. 

Elnur Məmmədli

Rafi MÜSLÜMOV

Şərhlər

Sadiq 2021-12-31 16:41:00

Etibar müellimin yazılarını müntezem olaraq oxuyuram.Çox saylı problemleri ehate eden yazılar yazmış.Apardığı analizlerin ekseriyyetinde haqlıdır.Bu yazıların ekseriyyeti bu qezetin sehifelerinde çap edilmişdir.Arxivlerden de araştıra bilersiniz.Bu sepkide olan yazılar hele çox yazılmalıdır.Başarılar.

Etibar bəyə 2021-12-13 13:19:39

Guya Eyibar bət bilmir ki, indiki hakimiyyətdə təyinat necə olur? Hakimiyyətə mütəxəssis lazımdır?əsla yox! Çünki ağlı başında olan mürəxəssis hakimiyyətin tələb etdiyi yollara baş vurmaz!Ona görə hakimiyyətə ağılca zəif,savadca uyğun olmayan,təcrübəsiz və pula həris ,qetri millətlə qarışığı olan sözəbaxan məxluqlar lazımdır.Belələrinə isə misal nə qədər istəsəniz nazirlərdən deputatlara qədər.byu

Camaat 2021-12-09 09:59:29

Təkcə təhsil sahəsimi? Bütün sahələr pis gündədir.....

cəmiyyət 2021-12-09 02:31:07

Bəsdir də... AMEA-dan Ramiz Mehdiyevin orada çıxartdığı hoqqalardan yazsana!

Hər addimda 2021-12-08 21:15:50

Texniki səhvlər var. Bura da kadrlar lazimdir. 17:36 Olaf Şolts and içid və kansler kimi fəaliyyətə başladı - Almaniyada nələr dəyişəcək?

E.Əliyevə 2021-12-08 18:52:12

Gec ayılmısınız.İş o yerə çatıb ki, Bolqarıstan erotik gimnasyika məşqçisi nazir meavini təyin edilir.Biz hara gedirik?

Ayaz 2021-12-08 18:47:11

Bizdə mütəxəssis olan hansı nazirlik var? Hamısı qeyri mütəxəssis,milli qarışıq,qonum,quda,....

Camaat 2021-12-08 11:47:43

Az qalıb

Vətəndaş 2021-12-08 08:50:18

Bizdə vəzifə almaq üçün savad qabiliyyət vətənpərvəlik yox başqa kriteriyalar əsas götürülür. Regiyon Yalktaq oğru talançı satqın millətini dubinkalamağı payını yeməyi və başqa bütün mənfi xasikyyərləri olanlar işə götürülür

alim 2021-12-08 08:23:50

Etibar müəllim, AMEA-dan da yazın. Ramiz Mehdiyevin akademiyanı məhvə sürüklədiyindən də milli məclisdə danışın. Milli məclisdə əməkdaşı olduğunuz AMEA-da baş verənlərdən danışın. Ümid sizədir. AMEA məhv olur!!!

Vətəndaş 2021-12-08 07:44:54

Taksi sürücüsünün aylıq gəliri universitet müəlliminin maaşından çoxdur. Bu da deyir ki, ali məktəb müəllimlərinin maaşı yaxşıdır. Nə danışırsız? Bir rəqəmlərə baxın, sonra danışın.

Anar 2021-12-08 00:52:29

Mükəmməl təhlil

Rasim 2021-12-07 23:44:12

Maraqlı müsahibəyə görə Etibar müəllimə təşəkkür edirəm. Sadəcə bir məlumatı deyim, riyaziyyatçılara verilən mükafat Abels-dir.

Azər 2021-12-07 23:40:33

Niyə MM-də ölkədə təhsil.səhiyyə ,,ƏƏSM nazirliklərinin yarıtmaz fəaliyyətləri müzakirə olunmur? İcra başçılarının xalqın başına açqıqları oyunlara (rüşvətxorluq,büdcə talanması,,əmlak mənimsəmələri ) bifanəlik hökm sürür.? ıq

E.Əliyevə 2021-12-07 23:34:00

Sovet dönəmdə yüksək vəzifəyə adətən, kollektiv içindən ən savadl-qabil və təcrübəli namizəd təyin edilirdi. Müstəqil dördə hansı maraqdansa adətən kənardan təyin edilirlər. Nəticələri göz önündədir. Səbəb və maraqları da SİZlər aşkarlamağa çalışın.

Tahir 2021-12-07 23:12:01

Etibar müəllimə bu müsahibəsindən sonra rəgbətim xeyli artdı. Kifayət qədər hazırlıqlı adammış.

miri 2021-12-07 21:26:06

Admin müəllim qlobal baxış bucağından verdiyim rəyləri buraxmır. Yəqin qorxur. Odur burda tez tez deyil yerləşən akademiya işcısi olan birinin reyinə rəy yazım. : Müəllim dil məsələsində haqlısınız. Amma bu dil Siz deyən dildən ferqlidir.

Eli 2021-12-07 20:39:16

Etibar bey sağ olun gözel tehlile göre.Men tehsil sahesinden uzaq biriyem.Size tehsil üzre ekspert ve millet vekili kimi bir sual verim.Bildiyimiz kimi Misir Merdanovdan sonra tehsil sahesinde bir gün de işlememiş hüquqşünas ve iqtisadçıkar rehberlik etmişler.Menim qenaetime göre bu saheye böyük heyat ve iş tecrübesi okan sözün esl menasında”Müellim” adına layiq insanlar rehberlik etse millet daha çox udar .Nece bilirsinşz men düz fikirleşirem ya yıx?Xahiş edire şerh şeklinde fikrinizi bildiresiniz.

A.Məmmədov 2021-12-07 20:29:04

Bir neçə il bundan əvvəl məktəbdə mənim ovladımı arzu etdiyi ixtisas yönümündə təhsilini davam etdirməyə imkan vermirdilər və övladımı məktəbdə öyrətmişdilər ki, guya bu əngəllər Təhsil proqramları şöbəsinin müdiri Emin Əmrullayevin göstərişi ilə edilir. Vəziyyət çox kritik idi. Mən Emin müəllimin telefon nömrəsini tapıb, ona mesaj göndərdim. O, gecə saat 11-də mənə zəng vurub, bir saat mənimlə söhbət etdi, baş vermiş hadisənin bütün detallarını öyənəndən sonra ertəsi gün məsələni şagirdin xeyirinə həll etdi. Mən onunla söhbət zamanı bu insanın nə qədər təmiz və alcənab olduğunu müəyyən etdim. İndi bu cür təmiz adamın rəhbərlik etdiyi nazirliyin əməkdaşlarını qrant layihələrə ayrılmış pulları silməkdə ittiham etmək, onları tutduğu vəzifələrə uyğun gəlmədiklərini iddia etmək ədalətsizlikdir. Mən, Təhsil naziri Emin Əmrullayevi və nazirliyin bütün əməkdaşlarını qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm, onlara can sağlığı və işlərində böyük müvəffəqiyyətlər arzulayıram.

Roma 2021-12-07 19:54:00

Etibar müəllim sizinlə tam razıyam. Məhəbbət xanım məncə təhsildən uzaqlaşdırılsa yaxşı olar. Belə ki, bu qadının adı təhsildə mənfi reputasiyadadır və onun bundan sonra bu vəzifədə qalması məqsədəuyğun deyildir...

Oxucu 2021-12-07 19:52:12

Elmi tədqiqat institutlarında elmdən savayı hər şey var. Elmi bir kənara atıb rejim düzədiblər. Səhər saat 9-dan axşam 6-ya kimi elmi işçiləri institutlara doldurub, qapılarını bağlayırlar. Bu elmdən uzaq institut rəhbərləri üçün institut əməkdaşlarını qorxu altında saxlamaq üçün çox yaxşı vasitədir. Səsini çıxartdı, rejimi pozduğunu bəhanə edib, işdən qov! Elmi tədqiqat institutlarında elmi nailiyyət kimi məqalələrin sayı götürülür. Buna görə də elmi əməkdaşlar elmi nəticələr almağı bir kənara atıb, xarici ölkələridə çalışan tanışlarının məqalələrinə həmmüəllif olmaq üçün çalışırlar.

turan 2021-12-07 19:47:27

guya başqa nazirliklərdə belə deyil?

Müəllim 2021-12-07 19:33:31

Təhsil də bir çox sahələr kimi nir neçə ciddilikdən uzaq mənurların ixtiyarına vetilib və bu məmurların potrnsialı onlara tapşırılan vəzifələri yerinə yetirməyə ikan vermir.Vunu hamı görür,hətta saytlarfa ayıldıçı yazılar da gedir.Ancaq illərdir hökumət buna fikir vermir.təhsil ölkənin onurğa sütunu olduğunu anlayan,lazımi ölçü götürən isə tapılmır.Müəllimlərin çoxu savadsız.idarəçilər səriştəsiz.Bu nə qədər davam edəcək?

miri 2021-12-07 18:43:03

Həmən prinsip ölkənin bütün strukturlarında hakimdir. Hətta MM adlanan deputatxanada da. Cünki bütün nizam bir yerdən idarə olunur. Yəni avropalılar demiş :; bütün yollar Romaya gedir.

Aslan Aslan 2021-12-07 17:33:45

Etibar müəllim ilk növbədə bu cür ətraflı və maraqlı müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Həqiqətən də, ölkəmizin təhsil sistemi hazlrda bərbad vəziyyətdədir. Təhsil sahəsinə tamamilə yad olan adamların əksəriyyəti Təhsil Nazirliyində cəmləşib. Ümid edək ki, sizin ictimailəşdirdiyiniz bu aktual məsələyə ən yüksək səviyyədə reaksiya veriləcək.

t.ədalət 2021-12-07 17:09:17

Vəzifələrə təyin olunmalar,doğrudan,biabırçı üsullarla aparılır.Ya bir tərəfin erməni olmalıdır, savadsız da olsa qohum-əqrəba olmalııdır,ya da kürd kökənli.Bu da ölkənin iqtisadi sütununun çökməsinə səbəb olacaq,daha doğrusu,çöküşə doğru aparır.Belə vəziyyət Putinə də sərf edir.Eyni zamanda,son təyinatlarda rusdillilərə üstünlük verilməsi də müstəqilliyimizə ciddi ziyan verir.Rus dili və ona maraq keçmişdə qaldı.Rusiya özü elm dalınca xarici ölkələrə üz tutur.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price