“BU ŞTAMM PANDEMİYANIN SÖNMƏSİNİN MÜJDƏÇİSİDİR” – Tibb professoru Musa Qəniyev

Cənubi Afrika Respublikası (CAR) Milli İnfeksion Xəstəliklər İnstitutunun hesabatında bildirilir ki, hazırda ölkədə koronavirusa yoluxmanın 90%-dən çoxuna səbəb "Omikron" ştammıdır. Bu ştammın törətdiyi klinik əlamətlər adi soyuqlamadan fərqlənmir. Xəstələrin əksər faizi, ümumiyyətlə xəstəxanaya düşmür. Yoluxanlarda qanının oksigen dolğunluğu normada olur.

İngiltərə Səhiyyə Nazirliyinin məlumatında "Omikron" ştammına yoluxma təsdiqlənir, lakin hospitalizasiyanın olmadığı bildirilir. ÜST-ün rəsmi məlumatında dünyanın 40-a yaxın ölkəsinə yayılan "Omikron" ştammından bu günə qədər ölüm halının baş vermədiyi bildirilir.

Tibb elmləri doktoru, professor Musa Qəniyev bu hesabata əsaslanaraq bildirir ki, "Omikron" ştammının patogen fəallığının, ana ştamm – COVİD-19 və əvvəlki mutantlardan dəfələrlə zəif olması, artıq ilkin elmi dəlillərlə öz təsdiqini tapır. "Xüsusi diqqət cəlb edən məqam, bu ştammda müşahidə olunan polimutasiya halıdır. İstənilən virus sterotipinin polimutasiyaya məruz qalması, virusun genom quruluşunda labilliyə xidmət edən ciddi keyfiyyət dəyişikliyinin baş verdiyini sübut edir. Viral infeksiyalarının pandemiya tarixinin izlənməsi, bu cür keyfiyyət dəyişikliyinin pandemiyanın sönməsi dövrünə təsadüf etdiyini təsdiq edir", - professor vurğulayıb.

M.Qəniyevin sözlərinə görə, "Omikron" ştammının pandemiyanın sönməsinin sübutu olması, aşağıdakı məntiqi elmi dəlillərə istinad edir:

"1. "Omikron" ştammı S-spayka zülalında təsdiq olunmuş 26 mutasiya, 23 halda aminturşu dəyişikliyi, 2 halda aminturşu itkisi və yalnız 1 halda aminturşu radikalı əlavəsi halında meydana çıxır. İlk 25 mutasiya SARS-CoV-2-nin digər mutantlarında da müşahidə edildiyindən, təhlükəli hal kimi dəyərləndirilə bilməz.

2. Xüsusi maraq doğuran, əlavə radikal şəklində müşahidə olunan INS214EPE mutasiyasıdır. Bu mutatik dəyişiklik, COVİD 19-un əvvəllki heç bir mutant ştammında olmayıb. "Omikron" ştammının SARS-CoV-2-nin uzun müddət immun sistemi zəifləmiş insanların orqanizmində qalması səbəbindən əmələ gəldiyi şübhə doğurmur. Odur ki, bu hal, INS214EPE əlavəsini kodlayan nukleotid ardıcıllığının COVİD 19-la eyni hüceyrəni yoluxdurmuş digər şərti aktiv virusun (məsələn, adenovirus) genom struktur vahidi olduğu qənaətini təsdiq edir.

3. İddia oluna bilər ki, virusa yoluxmuş hüceyrə konkurent antaqonizm prinsipi ilə, diqər virus ştammını həmin hüceyrəyə buraxmır. Yəni COVİD-19-la yoluxmuş heceyrəyə digər viral infeksiya törədicisinin daxil olması mümkün deyildir. Bidirmək istəyirəm ki, əksər viruslara xas olan bu hal, COVİD-19 üçün spesifik deyil. Çünki COVİD-19 hüceyrəyə reseptor mexanizmlə daxil olduğuna görə əksər virusların hüceyrəyə girişinə xidmət edən intra və parasellülyar qapılar potensial aktiv fəallıq halında, yəni açıq qalır. Bu hal, kəmiyyət tərkibi vahid olan digər patogen və ya şərti patogen bir virusun məlum hüceyrəyə daxil olmasına imkan verir.

4. "Omikron" ştammın yoluxmasına təminatçı olan S-spayka zülall fraksiyasında eyni domendə birgə baş verən P681H mutasiyanın N679K nöqtə mutasiyası ilə genom ardıcıllığında “eyni çiyin üstə birgə olması” aqonistlik deyil, biri digərini inkar edən antaqonistlikdir. Bu hal ştammın patogen fəallıgının zəifləməsinin mütləq göstəricisidir.

5. COVİD 19-a yoluxub sağalmış və ya peyvənd almış insanların "Omikron" ştammına yoluxma ehtimalının 1%-dən də az olması, punktlar üzrə gəldiyim qənaəti birbaşa təsdiq edir".

Tibb elmləri doktoru vurğulayır ki, "Omikron" ştammının COVİD-19 pandemiyasının sonlanmasına səbəb olacaq genom dəyişikliyin elmi-praktik təsdiqinin müəyyən zamana ehtiyacı var. "Lakin COVİD-19 pandemiyası hələ başlamamışdan əvvəl bu virusla bağlı bütün tarixi və mövcud incəlikləri izləyən və təhlil edən bir mütəxəssis kimi tam əminliklə deyirəm: “Omikron” ştammından qorxmaq lazım deyil. Bu ştamm pandemiyanın sönməsinin “müjdəçisidir” və növbəti aylarda pandemiyanın birdəfəlik qurtarmasına səbəb olacaq".

"AzPolitika.info"

635x100

Şərhlər

Seyid Ənhu 2021-12-09 00:58:53

ALLAH SƏNİ XEYİR -XƏBƏR ELƏSİN AY HƏKİM. AXIR Kİ, QULAĞIMIZ BİR YAXŞI SÖZ EŞİTDİ.

Son yazılar