Milli Məclisin komitə sədri beynəlxalq konfransda çıxış edib – VİDEO

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) iqlim dəyişikliyinə dair "Xalis sıfıra nail olmaq yönündə siyasi partiyaların rolu" mövzusunda keçirilən xüsusi videokonfransında iştirak edib.

Tədbirdə İCAPP-ın təsisçisi və həmsədri Xose de Venesianın açılış nitqindən sonra BMT-nin 8-ci baş katibi, Qlobal Yaşıl İnkişaf İnstitutunun sədri Pan Gi Mun nitq söyləyib.

Daha sonra tədbir “Xalis sıfır”a çatmaq üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dəstəklənməsi” və “Xalis sıfır”a çatmaq üçün siyasi partiyaların regional və qlobal fəaliyyətlərinin gücləndirilməsi” adlı birinci və ikinci sessiyalarla davam edib.

Birinci sessiyada çıxış edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi S.Qurbanov iqlim dəyişikliyi ilə mübarizədə yaşıl texnologiyalardan, alternativ enerji mənbələrindən istifadənin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə davamlı inkişaf və iqlim dəyişmələri məqsədlərinin həyata keçirilməsinə özəl sektorun cəlb edilməsi Azərbaycan Respublikası hökumətinin daim diqqət mərkəzindədir. Son onilliklərdə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində aparılan fəaliyyətlərdən biri də meşəbərpa və meşəsalmadır. Həmçinin YAP-ın təşəbüsü ilə Dövlət-Özəl Tərəfdaşlığı çərçivəsində minlərlə hektar yaşıllıq örtüyü də yaradılıb.

Tədbirin sonunda iqlim dəyişikliyi ilə mübarizədə siyasi partiyaları fəal olmağa çağıran Bəyanat qəbul edilib.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar