KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB - Rəsmi məlumat

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

635x100

Şərhlər

korrektor 2021-12-08 19:14:53

arxalı köpək qurd basar!

Vətəndaş 2021-12-08 17:36:17

Səbr, təmkin və tədbirlə hərəkət etməliyik. ermənilərin itirəcəkləri bir şey yoxdur. Nə namus, şərəf, nə də dolanışıq yoxdur. Ölmək. yox olmaq istəyirlər, bizim əlimizlə. Sonda elə də olacaq.

Zanzibar 2021-12-08 17:09:19

Ele shey ola.bilmez, ermeniler kapitulyasiya edib. Meglub teref atesh aca bilmez. Eger eledirse onda biz kapitulyasiya etmishik!!

Son yazılar