Ötən gün keçirilən Beşinci Beynəlxalq Bankçılıq Forumunda Mərkəzi Bankın İdarə heyətinin sədr müavini Alim Quliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın uğurla başa çatdığını bildirib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə Forumdakı çıxışında Proqramın 70% icra edildiyini vurğulayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə deyilənlərlə razılaşmır. O bildirir ki, real vəziyyət tam fərqlidir: "Tam səmimi deyə bilərəm ki, Proqramda nəzərdə tutulanların 70-80%-i icra edilməyib. Alim Quliyevdən fərqli olaraq Vüsal müəllim Proqramın bank sektorunun yenidən canlandırılması bölməsinin yalnız 54,5 faiz, rəqəmsal ekosistemin formalaşdırılması bölməsinin isə 70 faiz yerinə yetirildiyini bildirsə də, sadəcə qeyd olunan tədbirlərə nəzər salmaqla müəyyən etmək olar ki, tədbirlərin əksəriyyəti icra edilməyib".
Ekspertin sözlərinə görə, pandemiyanın diqtə etdiyi mühitin, stimullaşdırmanın nəticəsində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisinin artmasını, ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcminin artmasını və "Trendyol" vasitəsilə e-ticarətin həcminin artmasını Proqramın icrası nəticəsində nail olunmaq kimi təqdim etmək absurd və gülüncdür.
O.Gündüz vurğulayıb ki, ölkədə maliyyə-bank sektorunun rəqəmsal transformasiyası, rəqəmsal sahibkarlığın inkişafı, beynəlxalq ödəniş sistemlərinə inteqrasiya sahəsində görüləcək işlər hədsiz çoxdur.
"AzPolitika.info"


Şərhlər
guliyev alim köhnənin ...., onu programın icrası yox, oradan mənimsədiyi vəsaitlər maraglandırır ki, onu da uğurla edir