Menu

Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirilib

10.12.2021, 23:56
Bakıda 44 yaşlı kişi evində başından güllələnərək qətlə yetirilib

Bakıda qətl hadisəsi törədilib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan 44 yaşlı Mirzəyev Allahverdi Ağaşirin oğlu yaşadığı evdə başından güllələnib.

A.Mirzəyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol