Menu

"Saakaşvilini psixiatr müayinə edəcək" -Həkim

12.12.2021, 00:46
"Saakaşvilini psixiatr müayinə edəcək" -Həkim

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhəti psixiatr tərəfindən müayinə ediləcək. Bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya jurnalistlərə məlumat verib.

"Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac yaranıb. Çünki biz konkret araşdırma aparmalıyıq", - Qriqoliya keçmiş prezidenti ziyarət etdikdən sonra deyib.

Saakaşvilinin qohumları və dostları dəfələrlə sabiq dövlət başçısının depressiyaya düşdüyünü bildiriblər. Bundan əlavə, ona böyük dozada psixotrop iynələr vurulduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol