Menu

İnfarktın ilkin əlamətləri açıqlanıb

13.12.2021, 09:11
İnfarktın ilkin əlamətləri açıqlanıb

Ürək nahiyəsində uzun müddətli ağrılar infarkt əlamətlərindən biri ola bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış tibb mütəxəssisi, Moskva Səhiyyə İdarəsinin 6 saylı Konsultativ-Diaqnostika Mərkəzinin Kardiologiya şöbəsinin müdiri Andrey Sırov "Qovorit Moskva" radiosunun efirində bildirib.

O, qeyd edib ki, əgər həyatda ilk dəfə hava çatışmazlığı hissi, təzyiqin dəyişməsi, ürək döyüntüsünün artması ilə müşayiət edilən 20-30 dəqiqəlik şiddətli ağrılar olsa - bu təcili tibbi yardım çağırmaq və ürək fəaliyyətinin qrafik təsvirini - kardioqramı çıxarmaq üçün səbəbdir.

“Əgər ağrı fiziki fəaliyyət zamanı baş verərsə, mütəxəssisə müraciət etməlisiniz”, - o deyib.

“Bəzən ürək nahiyəsindəki xoşagəlməz hisslər həzm sistemindəki pozğunluqları göstərə bilər”, - deyə mütəxəssis əlavə edib.

Andrey Sırov deyib ki, ağrıların yüksək həddi hava çatışmazlığı ilə də əlaqəli ola bilər.

Şərhlər

t.ədalət 2021-12-13 13:07:56

Azərbaycanda operativ qərargahın çobansayağı qərarları hesabına evə qapanmalar bir-çox ürək xəstəliklərinə səbəb oldu.Oksigen çatışmazlığı yaradan evə qapanmalar nəticəsində həyatını itirənlər korona səbəbindən ölənlərdən çox oldu.

Köhnə həkim 2021-12-13 10:00:06

Bu nə gülməli xəbərdir?! Guya Andrey Sirov nəsə yenilik edib? Bunu hətta tibbdən uzaq uşaqdan böyüyə hamı bilir. Belə xəbərlərlə camaatın qiymətli vaxtını almayın!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol